Talep No:  29739

Baş bağban

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

 

Azersun Holding haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Vəzifə öhdəlikləri

  • Ərazidə aparılan bütün bağçılıq və yaşıllaşdırma işlərinə rəhbərlik etmək
  • Mövsümə uyğun əkin, budama, suvarma və gübrələmə işlərini planlaşdırmaq
  • Bitkilərin sağlamlığını nəzarətdə saxlamaq, xəstəlik və zərərvericilərlə mübarizə aparmaq
  • Bağban və texniki heyətin iş bölgüsünü aparmaq və nəzarət etmək
  • Yaşıllaşdırma planları və landşaft layihələrinin icrasını təmin etmək
  • Bitki və inventarların (toxum, gübrə, alət və s.) düzgün istifadəsinə və saxlanmasına nəzarət etmək
  • Ərazinin təmiz və səliqəli saxlanılmasını təmin etmək
  • Təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək
  • Rəhbərliyə görülən işlər barədə mütəmadi hesabat təqdim etmək

Tələblər

  • Bağçılıq, aqronomluq və ya landşaft üzrə biliklər
  • Bitkilərin qulluq qaydaları və mövsümi xüsusiyyətləri barədə məlumat
  • Komanda ilə işləmək və idarəetmə bacarığı
  • Məsuliyyətli, diqqətli və planlı iş qabiliyyəti
  • Orta ixtisas və ya ali təhsil (aqronomluq, bağçılıq, landşaft arxitekturası arzuolunandır)
  • Müvafiq sahədə ən azı 2–3 il iş təcrübəsi

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Servis xidməti: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Müraciət

Tələblərə cavab verdiyiniz halda CV-nizi cv@azersun.com ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “ Baş Bağban - 29739 ” qeyd edilməlidir.