Talep No:
26064
Baş komplayens inzibatçısı
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil (Hüquq, maliyyə sahələri üzrə);
- Maliyyə sektorunda hüquq və ya risklərin idarəedilməsi, komplayens, aktuar və daxili audit sahəsində 4 (dörd) illik iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı əhəmiyyətli komplayens riskləri baş verdiyi halda Direktorlar Şurasına dövri və ya növbədənkənar əsasda hesabatlar təqdim etmək;
- Sığortaçının komplayens riskinin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və monitorinqi üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən etmək;
- Qanunvericiliklə tələb olunan bütün siyasət və qaydaların inventarizasiyasını aparmaq və bu siyasət və qaydalarda tələb olunan məlumatların düzgün şəkildə əks etdirilməsini yoxlamaq;
- Aşkarlanmış və sığortaçının maliyyə dayanıqlığı göstəricilərinə neqativ təsir edəcək komplayens riskləri, habelə onların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə tələb edildiyi halda Mərkəzi Bankı məlumatlandırmaq;
- Sığortaçının əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlamaq və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasını təmin etmək;
- Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə ilə koordinasiyalı formada risklərin idarə edilməsi üzrə sığortaçının daxili qaydalarının hazırlanmasında, həmçinin risk iştahası bəyannaməsinə və risklərin idarə edilməsi siyasətlərinə riayət edilməsinin monitorinqinin aparılmasında iştirak etmək;
- Komplayens risklərinin idarə edilməsi üzrə İdarə Heyəti də daxil olmaqla, birinci müdafiə xəttinə daxil olan struktur bölmələrin fəaliyyətinə davamlı dəstəyi təmin etmək;
- Yeni sığorta məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak etmək, yeni məhsulların və xidmətlərin formalaşdırılması ilə bağlı fəaliyyətin qanunvericiliyə və əlaqəli sığorta siyasətinə, habelə sığorta təcrübəsinə uyğunluğunu qiymətləndirmək, bu məhsulların və xidmətlərin həyata keçirilməsindən qabaq sığortaçının hüquq xidməti və ikinci müdafiə xəttinə daxil olan struktur bölmələrin rəyinin alınmasını yoxlamaq;
- Komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar daxili kommunikasiyanı təmin etmək;
- Sığortaçının fəaliyyəti üzrə qərarvermə prosesində maraqlar münaqişəsini müəyyən etmək və dövri olaraq qiymətləndirmək;
- Sığortaçının fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparmaq;
- Sığortaçıya və sığortaçının rəhbər işçilərinə tətbiq edilən sanksiyaların, sığortaçı barəsində qəbul edilmiş məhkəmə aktları ilə nəzərdə tutulan tələblərin, Mərkəzi Bank tərəfindən verilən icrası məcburi olan göstərişlərin icrasına nəzarət etmək, habelə müvafiq nəzarət tədbirlərinin sığortalılara təsiri barədə Komplayens Komitəsinə, bu komitə olmadıqda isə Riskləri İdarəetmə Komitəsinə hesabat təqdim etmək.
- Komplayens funksiyası ilə əlaqədar sığortaçının struktur bölmələrinin fəaliyyətinə nəzarəti (kuratorluğu) həyata keçirmək.
- Sığortaçının fəaliyyətinin qanunvericiliyə uyğunluğu barədə Direktorlar Şurası və İdarə Heyətini dövri olaraq məlumatlandırmalı və tövsiyələr vermək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Əmək haqqı: Razılaşma yolu ilə;
İş yeri:
- Bakı şəhəri, Həsən Seyidbəyli küç. 122, “Gümüş Plaza”
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Baş komplayens inzibatçısı" qeyd etməyiniz xahiş olunur.