Baş mühasib
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq);
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (sığorta sektoru üzrə 3 il);
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- 1C, BTP, EFP Proqramlarında yüksək səviyyədə işləyə bilmək;
- Dil bilikləri: Azərbaycan – əla; Türk, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməsi üstünlükdür;
- Peşəkar mühasib sertifikatı;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır).
Vəzifə öhdəlikləri:
- Xərclər smetasının hazırlanmasını təşkil etmək;
- Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib etmək;
- Debitor və kreditorlarla bağlı üzləşmə aparmaq və üzləşmə aktı tərtib etmək;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmləşdirmək;
- Fəaliyyəti ilə əlaqəli Sığorta nəzarəti orqanının və digər Dövlət orqanlarının müəyyən etdiyi hesabatları hazırlamaq və təqdim etmək;
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər və digər aktivlər üzrə əməliyyatları aparmaq (balansa daxil etmək və ya silmək, yenidən qiymətləndirmək, inventar nömrəsi vermək və s.) və bunlar üzrə amortizasiyaları hesablamaq;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablamaq və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürmək;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət etmək;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edilməsinə nəzarət etmək;
- Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Baş mühasib" qeyd etməyiniz xahiş olunur.