Bank əməliyyatları üzrə təcrübəçi
İş haqqında məlumat:
-
Ölkədaxili pul köçürmələri üzrə əməliyyatların icrası;
-
Müştəri hesablarının (hüquqi, fərdi sahibkar və fiziki şəxslər) açılması və sistemə daxil edilməsi;
-
Müştəri hesabları üzrə nağd və qeyri-nağd əməliyyatların aparılması;
-
Bank daxili köçürmələrin icrası və sənədlərin rəsmiləşdirilməsi;
-
Müştərilərin plastik kart sifarişlərinin qəbul edilməsi və təhvil verilməsi;
-
Qeyri-nağd konvertasiya əməliyyatlarının aparılması;
-
Bank məhsulları barədə müştərilərə məlumat vermək.
Tələblər:
-
Ali təhsil (iqtisadiyyat və ya biznes sahəsində);
-
İngilis və Rus dili bilikləri üstünlükdür;
-
MS Office proqramlarında işləmək bacarığı;
-
İnsanlarla düzgün ünsiyyət qurmaq bacarığı;
-
Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti.
İş rejimi:
-
5 günlük iş həftəsi (şənbə və bazar istirahət günləridir).
Üstünlüklər:
-
Təcrübə proqramı ödənişlidir;
-
Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
Bakı şəhəri, Heydər Əliyev pr. 92A
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlər CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər.
Email-in mövzu hissəsində mütləq “Bank əməliyyatları üzrə təcrübəçi” qeyd edilməlidir.