Bazar araşdırma üzrə mütəxəssis

Müəssisə:  BAZARSTORE MMC

Bazar araşdırma üzrə mütəxəssis

Müəssisə:  BAZARSTORE MMC

 

Vəzifəyə tələblər:

 

  • Ali təhsilli olmalı;
  • MS Office proqramlarında işləyə bilməli;
  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı olmalı;
  • Ezamiyyətlərə gedə bilməli.

 

Vəzifə öhdəlikləri:

  • Rəqib marketlərdə (2 həftəlik) öncədən təyin olunan (500-600 SKU) məhsulların qiymətlərinin araşdırılması;
  • Kateqoriya tərəfindən istənilən məhsulların rəqib marketlərdə qiymət araşdırılması;
  • Bazar araşdırması edərək rəqiblərdə olan məhsul çeşidlərini, bazara yeni daxil olan yerli və xarici tədarükçü mallarının araşdırmasını etmək;
  • Bazar araşdırması edərək rəqiblərin həyata keçirdikləri kampaniyaları, endirimləri və məhsul qiymət təkliflərini araşdırmaq və daimi olaraq izləmək;
  • Bazar araşdırmasını müxtəlif konseptdə olan ticarət müəssisələrində (hipermarket, supermarket, ekspres market, discount mağazalar və s.) aparmaq;
  • Rəhbərliyin tələb etdiyi hesabatları dövri olaraq hazırlayıb təqdim etmək.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan:  Gəncə şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Bazar araşdırma üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

"Bazarstore" mağazalar şəbəkəsi Azərbaycanda sürətlə inkişaf edən və dünya standartlarını əsas tutaraq irəliləyən mağazalar şəbəkələrindəndir. Təbii ki, “Bazarstore” mağazalarının uğuru bütün Müəssisə əməkdaşlarının komanda olaraq birgə nailiyyətidir. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə rəqabət yüksək səviyyədədir. Bu rəqabət ilə ayaqlaşmağın, zamanın tələblərindən geri qalmamağın əsas prinsipləri bunlardır: Müəssisə üzrə kadrların doğru seçilməsi, kadrların iş həyatına müsbət təsir edəcək tədris və təlimlərlə peşəkarlıqlarını artırmaları və ən əsası işçilərin motivasiyasıdır. Şirkətin İnsan Resurslarının bu tələblər üzrə doğru siyasətinin böyük və əhəmiyyətli rolu var.