Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi üzrə Mütəxəssis
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Ali təhsil (Hüquqi, İqtisadi, Beynəlxalq Əlaqələr və ya Texniki)
- Əlaqədar sahə üzrə 2 il iş təcrübəsi
- Azərbaycan, ingilis və rus dilləri (digər dil biliklərinin olması üstünlük təşkil edir);
- Microsoft Office proqramları, ABS (avtomatlaşdırılmış bank sistemi), SWIFT;
- Tələb olunan xarici dillərdə qaydaları anlamaq qabiliyyəti, bilgiləri inkişaf etmək, işgüzar yazışma aparmaq qabiliyyəti, analitik düşünmə, işə həvəsli, diqqətli olmaq, iyi niyyətli, mədəni, etibarlı olmaq, işini sərbəst və düşünülmüş qaydada aparmaq, işi komanda şəklində təşkil etmək qabiliyyəti, diplomatik olmaq.
Vəzifə öhdəlikləri:
- Beynəlxalq Ticarət Palatalarının sənədli əməliyyatlar üzrə qayda va standartlarını izləmək və öyrənmək;
- Xarici və yerli İdxal və İxrac akkreditiv və qarantiyalar əməliyyatlarını icra etmək (açılma, avizolama, ödəniş sənədlərin yoxlanılması, sənədləşmə, ödəniş, bağlanma, xidmət haqqıların tutulması, mətni analiz etmək, ödəniş sənədlərinin, tələbin hazırlanmasında müştəriyə dəstək, sorğu göndərmək, sorğuları cavablandırmaq, digər əməliyyatlar), əməliyyatları analiz etmək, bankdaxili yetkilərə əsasən SWIFT-də əməliyyatları yığmaq (creation, modification);
- İdxal/ixrac layihələrində müqavilə tərtib olunma zamanı sənədli əməliyyatların strukturasını müəyyən etməkdə müştərilərə dəstək vermək, digər banklarla əməliyyatın keçirilməsini razılaşdırmaq;
- Sənədli əməliyyatlar üzrə hesabatları hazırlamaq;
- Mövcud və yeni rezident və qeyri-rezident banklarla, beynəlxalq maliyyə instituları ilə əməkdaşlıqla əlaqədar danışıqlar aparılması, xidmət və məhsullarından faydalanması üçün qarşı tərəflə əlaqələri davam etdirməsi və işləri aidiyyatına görə əlaqədar strukturlara ötürməsi;
- Nostro müxbir hesablar üzrə tələb olunan sənədləri vaxtında təqdim etmək, bunun üçün sənədləri aidiyyatı struktur bölmələrindən yığmaq, müqavilə layihələrini və tarif dərəcələrini analiz etmək;
- Müxbir əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə digər maliyyə qurumlarını araşdırmaq, araşdırma nəticələrinə əsaslanaraq təkliflər irəli sürmək;
- Loro müxbir hesabların açılması, aparılması və bağlanılması üzrə tapşırılan işləri icra etmək;
- Müxbir hesablar üzrə audit sorğuları göndərmək və cavablandırmaq;
- Müxbir münasibətlər üçün lazımı sənədləri müəyyən tanınmış məlumat resurslarında nəşr açıqlaması üçün onlarla sənədləşmə işinin aparmaq (SWIFT KYC, LexisNexis Bankers Almanac və s.) məlumatları vaxtında təmin etmək;
Biz nə təklif edirik?
- İş yeri: Dreamland Baku
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi üzrə Mütəxəssis – 31407” qeyd etməyiniz xahiş olunur.