Talep No:  27722

Beynəlxalq logistika üzrə mütəxəssis

Müəssisə:  ACCESS TRANS MMC

Beynəlxalq Logistika üzrə Mütəxəssis

Tələblər:

  • Beynəlxalq logistika sahəsində təcrübə
  • İngilis və Rus dillərinin sərbəst bilməli
  • Analitik düşüncə və planlaşdırma bacarığı
  • Güclü kommunikasiya və danışıqlar bacarığı
  • Problemləri sürətli və effektiv həll etmə qabiliyyət

 

Vəzifə öhdəlikləri:

  • Xarici təchizatçılarla müqavilələrin bağlanması
  • Beynəlxalq yük daşımaları ilə bağlı qiymətlərin araşdırılması və müqayisəsi
  • Beynəlxalq logistika xidmətlərinin keyfiyyətinin araşdırılması
  • İşlərin planlaşdırılması və analizi
  • Stok ehtiyatlarının idarə olunması
  • Sifarişlərin yerləşdirilməsi və izlənməsi
  • Malların təslim şərtlərinin hazırlanması
  • Malların texniki göstəricilərinin uyğunluğunun yoxlanılması
  • Malların gecikmə olmadan çatdırılmasının təşkil olunması
  • Yeni beynəlxalq istehsalçıların və daha sərfəli qiymətlərin araşdırılması
  • Beynəlxalq logistika işinin təşkili və idarə olunması
  • Beynəlxalq logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrin təşkili
  • Beynəlxalq yüklərin daşınmasına nəzarət
  • Beynəlxalq bazar araşdırmasının təşkili
  • Təchizatçılarla görüşlərin keçirilməsi
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilərlə uzunmüddətli əlaqələrin yaradılması
  • Gömrükləşdirmə məsələlərinin təşkili
  • Görülən işlərin raporlanması
  • Sığortaya girilməsi, daşıma xərclərinin ödənişinin və təqibinin idarə olunması

 

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Servis xidməti: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Müraciət

Tələblərə cavab verdiyiniz halda CV-nizi cv@azersun.com ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Beynəlxalq Logistika üzrə Mütəxəssis– 27722 ” qeyd edilməlidir.