Biznes Proseslərinin inkişafı üzrə menecer
Müəssisə:
AZƏRSUN HOLDINQ MMC
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il (Biznes proseslərinin idarə olunması üzrə və yaxud Biznes konsultantlıq sahəsində)
- Microsoft Office (MS Excel,Word Power Point, MS Visio)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
- Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (Six Sigma,Yellow Belt);
- SAP proqramından istifadə təcrübəsi arzuolunandır;
- Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Problemləri həll etmək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin incələnməsi və tələbin müəyyənləşdirilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tələblərin görülməsi biznes proseslərinin monitorinqinin keçirilməsi;
- Əməliyyat sistemi üzərindən proseslərin izlənməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
- Mövcud və gələcək proses vəziyyətlərini vizuallaşdırmaq üçün BPMN kimi metadologiya və alətlərdən istifadə edərək biznes proses modelləri yaratmalı;
- Biznes proseslərinin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədələrin hazırlanması və yenilənməsi;
- Birbaşa rəhbərin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi və sorğu əsasında hesabatın təqdim edilməsi;
- Biznes proseslərin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;
- Dəyişikliklərin effektiv həyata keçirilməsinin təmin edilməsi üçün müxtəlif şöbələr və idaretmə səviyyələri ilə koordinasiya və əməkdaşlıq edilməsi;
- Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Biznes Proseslərinin inkişafı üzrə menecer” qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.