Talep No:  26755

Biznesin inkişafı üzrə departament rəhbəri

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Vəzifə öhdəlikləri:

  • Departamentin fəaliyyətini təşkil etmək və ümumi rəhbərliyi həyata keçirmək;
  • İşçilərin fəaliyyətini qiymətləndirmək, təlim ehtiyaclarını müəyyənləşdirmək və inkişafına dəstək olmaq;
  • Departamentin kadr təminatında iştirak etmək və iş mühitinin optimallaşdırılmasını təmin etmək;
  • Satış strukturları üzrə hədəflər təyin etmək, icra vəziyyətini qiymətləndirmək və proqnoz göstəricilərinin icrasına nəzarət etmək;
  • Sığorta bazarını təhlil etmək, tələbatları müəyyənləşdirmək;
  • Satış büdcəsinin icrasını təmin etmək;
  • Satış mütəxəssislərinə dəstək vermək və istiqamət göstərmək;
  • Nümayəndəliklərin açılması və bağlanması ilə bağlı təkliflər hazırlamaq;
  • Könüllü sığortaların inkişafı üçün təkliflər təqdim etmək;
  • Satış nəticəsində yaranan aylıq borclara nəzarət etmək;
  • Cəmiyyəti müxtəlif işgüzar tədbirlərdə təmsil etmək;
  • Dövri hesabatlar hazırlamaq və təhlil etmək.

 

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi sahəsində olması üstünlükdür);
  • Sığorta sahəsində ən azı 5 il iş təcrübəsi (satış və rəhbərlik təcrübəsi əlavə üstünlükdür);
  • Komanda idarəetmə, motivasiya və performans qiymətləndirmə bacarıqları;
  • Güclü analitik düşüncə, bazar trendlərini izləmə və təhlil etmə qabiliyyəti;
  • Satış strategiyalarının hazırlanması və həyata keçirilməsində praktiki təcrübə;
  • Əla ünsiyyət və təqdimat bacarıqları, müştəri yönümlü yanaşma;
  • Microsoft Office proqramlarında (Excel, Word, Outlook, PowerPoint) peşəkar səviyyədə işləmə bacarığı;
  • Rus və türk dillərində danışıq bacarığı (ingilis dili biliyi üstünlük sayılır);

 

Biz nə təklif edirik: 

  • İş yeri: Bakı şəhəri, Gümüş Plaza
  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur.
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
  • İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət

 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Biznesin inkişafı üzrə departament rəhbəri - 26755" qeyd etməyiniz xahiş olunur.