Brend üzrə baş mütəxəssis
Vakansiya: Brend üzrə baş mütəxəssis
Tələblər:
-
Marketinq, biznesin idarə olunması və ya əlaqədar sahə üzrə ali təhsil;
-
Brend və ya məhsul menecmenti sahəsində minimum 3-5 il iş təcrübəsi;
-
Yaradıcı agentliklərlə əməkdaşlıq təcrübəsi və brief hazırlama bacarığı;
-
Layihə idarəetməsi, analitik düşüncə və təşkilati bacarıqlar;
-
Komanda ilə işləmək və müxtəlif funksional qruplarla koordinasiya qurmaq bacarığı;
-
MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yaxşı bilik;
-
Yüksək təqdimat və yazılı/sözlü ünsiyyət bacarığı;
-
FMCG sahəsində təcrübə üstünlükdür;
-
Azərbaycan dili – əla, İngilis dili – yaxşı (Rus dili bilikləri əlavə üstünlükdür).
Vəzifə Öhdəlikləri:
-
Yaradıcı agentliklərlə əməkdaşlıq edərək, marka ünsiyyət strategiyasına uyğun brieflərin hazırlanması və prosesin koordinasiyası;
-
Reklam materiallarının dizaynı üçün agentliklərin məlumatlandırılması, daxili proqram vasitəsilə sifarişin kodlaşdırılması və marketlərdə düzgün şəkildə yerləşdirilməsinin təmin edilməsi;
-
Agentliklər tərəfindən görülmüş işlərə dair ödəniş sənədlərinin qəbul olunması, ödəniş tələbinin sistemə daxil edilməsi və icrasının təqib olunması;
-
Yeni məhsullar üçün daxili sistemdə etiket və məhsul tələblərinin açılması, məhsul ideyasından bazara təqdimatına qədər olan proseslərin idarə olunması və əlaqədar şöbələrlə koordinasiya;
-
Məhsulun vaxtında və düzgün şəkildə bazara çıxarılmasının təmin edilməsi;
-
Məhsulların qiymət və qiymət artım məlumatlarının daxili sistem üzərindən yayımlanması;
-
TV, rəqəmsal və digər reklam platformalarında yerləşdirilmiş reklamların effektivliyinin izlənməsi və inkişafı üçün təkliflərin verilməsi;
-
Məsul olduğu kateqoriya üzrə məhsul portfelinin idarə olunması, satışların izlənməsi və optimizasiya üzrə tövsiyələrin hazırlanması;
-
Məsul olduğu layihələrin yekun təqdimatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması;
-
Müvafiq kateqoriyaların formalaşdırılmasında və brend inkişafında aktiv iştirak.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.