Brend Menecer
Vakansiya adı: Brend Menecer
Tələblər:
✅ Marketinq, Biznesin İdarə Olunması və ya əlaqəli sahə üzrə ali təhsil
✅ Minimum 3 illik brend və ya marketinq sahəsində təcrübə
✅ Brend strategiyası qurmaq və onu kommunikasiya planına çevirmək bacarığı
✅ Analitik düşüncə və bazar yönümlü qərarvermə qabiliyyəti
✅ MS Office, təqdimat və planlama alətləri ilə işləmə bacarığı
✅ Komanda işi və agentliklərlə koordinasiyanı peşəkar idarə edə bilmək
✅ Yaradıcı yanaşma, detallara diqqət və vaxtında nəticə çatdırmaq vərdişi
Vəzifə öhdəlikəri:
🔹 Brend strategiyasının hazırlanması və həyata keçirilməsi
🔹 Brendin bazardakı mövqeyini gücləndirəcək yaradıcı kampaniyaların planlanması və icrası
🔹 Reklam və dizayn agentlikləri ilə effektiv əməkdaşlıq və yönləndirmə
🔹 Satış analizləri və bazar araşdırmaları əsasında brend inkişafına dair qərarların verilməsi
🔹 Məhsul portfelinin idarə olunması: satış performansının izlənməsi, zəif nöqtələrin təhlili və tədbirlərin planlaşdırılması
🔹 Etiket dizaynlarının və məhsul məlumatlarının sistemlərdə yoxlanılması və uyğunluğunun təmin edilməsi
🔹 Bazar trendlərinin təqibi və yenilikçi brend təşəbbüslərinin hazırlanması
🔹 PR və kommunikasiya materiallarının – o cümlədən press-relizlərin hazırlanması
🔹 Sosial media və veb səhifə fəaliyyətlərinin brend strategiyasına uyğun şəkildə idarə olunması
🔹 Rəqib brendlərin təhlili və qiymət dəyişikliklərinin rəhbərliyə hesabat formasında təqdim edilməsi
🔹 Brendin sərgilərdə, tədbirlərdə və digər platformalarda peşəkar şəkildə təmsil olunması
İş Yeri: Bakı şəhəri
İş Qrafiki: 5 günlük, 09:00-18:00
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına email-in mövzu hissəsində “Brend Menecer” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.