Brend Menecer
Vakansiya: Brend Menecer
Tələblər:
-
Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqədar ixtisaslar üzrə);
-
Brend menecment sahəsində minimum 3 illik iş təcrübəsi (FMCG sahəsində təcrübə üstünlükdür);
-
Satış, bazar və rəqəmsal məlumatların təhlili üzrə bacarıq və analitik yanaşma;
-
Yaradıcı düşüncə və strateji planlaşdırma qabiliyyəti;
-
Layihələrin idarə olunması və komandalararası effektiv əməkdaşlıq bacarığı;
-
Rus və İngilis dili biliyi arzuolunandır;
-
MS Office proqramları, SAP və digər daxili ERP sistemləri ilə iş təcrübəsi (arzuolunandır).
Əsas vəzifə öhdəlikləri:
-
Brend imicinin gücləndirilməsi və möhkəmləndirilməsi məqsədilə yeni brend kampaniyalarının planlaşdırılması, icrası və monitorinqi;
-
Yaradıcı agentliklərə briflərin hazırlanması, kampaniya materiallarının brend ünsiyyət standartlarına uyğunluğuna nəzarət və ümumi prosesin koordinasiyası;
-
Brend kampaniyaları üzrə performans göstəricilərinin izlənməsi, təhlili və hesabatların hazırlanması;
-
Reklam materiallarının dizaynı üçün aidiyyəti agentliklərin məlumatlandırılması, sistemdə kodların yaradılması və satış nöqtələrində düzgün tətbiqinin təmin edilməsi;
-
Görülmüş işlərə dair ödəniş sənədlərinin qəbulu, daxili satınalma sistemində tələbin yaradılması və ödənişin icrasına nəzarət;
-
Yeni məhsullar üzrə daxili sistemlərdə məhsul və etiket tələblərinin yaradılması və prosesi dəstəkləmək;
-
Müntəzəm satış analizlərinin aparılması, nəticələrə əsasən brend inkişafı istiqamətində tədbirlərin təklif edilməsi;
-
TV, rəqəmsal və digər media kanallarında yayımlanan reklamların effektivliyinin izlənilməsi və optimallaşdırılması üzrə təkliflərin verilməsi;
-
Agentliklər tərəfindən təqdim edilən media və rəqəmsal planların dəyərləndirilməsi və müvafiq geribildirimin verilməsi;
-
Rəqabət analizlərinə əsasən məhsul və qiymət strategiyalarının hazırlanması;
-
Kanal, marka və kateqoriya üzrə orta və uzunmüddətli strategiyaların formalaşdırılması və həyata keçirilməsi;
-
Satınalma sistemində xidmət və promosyon tələblərinin yaradılması və icrasına nəzarət;
-
Barkod təminatı proseslərinin koordinasiyası.
Biz Sizə Təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
-
Karyera inkişafı üçün peşəkar mühit və təlim imkanları;
-
Açıq və dəstəkləyici korporativ mədəniyyət.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Brend Menecer” qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.