Talep No:  27284

Dəqiq hesab və Metraj mütəxəssisi

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Tələblər:

  • İnşaat mühəndisliyi, Sənaye və mülki tikinti ixtisası üzrə ali təhsil;

  • Tikinti layihələrində metraj və hesablamalar üzrə praktik təcrübə;

  • Tender mərhələsində vahid qiymətlərin müqayisəsini, metrajların hazırlanmasını və yekun hesablamaları aparmaq bacarığı;

  • MS Excel və AutoCAD proqramları ilə sərbəst işləmək bacarığı;

  • Dəqiqlik, analitik düşünmə və hesabatlılıq vərdişləri;

  • Komandada işləmək və qısa zamanda qərar vermə bacarığı.

 

Əsas vəzifə öhdəlikləri:

  • Görülməsi nəzərdə tutulan işlərin tender metrajlarını hazırlamaq;

  • Tender paketlərini formalaşdırmaq və qiymət müqayisələrini aparmaq;

  • Layihə üzrə ilkin büdcə və büdcə metrajlarını hesablamaq;

  • Büdcə qiymətlərinə nəzarət etmək və dəyişiklikləri izləmək;

  • Sahədə görülməsi nəzərdə tutulan işlərin həcmini müəyyənləşdirmək;

  • Subpodratçılar tərəfindən görülən işlərin miqdarına və uyğunluğuna nəzarət etmək;

  • Sahədə görülən işlərin layihəyə uyğun metrajlarının yerində hazırlanmasını təmin etmək;

  • Layihə sənədlərinə əsasən yekun hesablama metrajlarını yoxlamaq və ölçüləri dəqiqliklə hazırlamaq.

 

📍 İş yeri: Bakı şəhəri

 

🍽️ Nahar şirkət tərəfindən təmin olunur

🚌 Nəqliyyat dəstəyi mövcuddur

 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Dəqiq hesab və Metraj mütəxəssisi - 27284” qeyd etməyiniz xahiş olunur.