Daxili Nəzarət şöbə rəhbəri

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Tələblər:

  • Ali təhsil (iqtisadi və ya texniki);
  • Təcrübə: Bank və daxili nəzarət üzrə min 5 il, vəzifə üzrə 2 il;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili- Yaxşı;
  • Bank işi və müvafiq sahə üzrə yerli və beynəlxalq sertifikatların olmasına üstünlük verilir;
  • Bank fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericilik və normativ aktlarını bilmək, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı, analitik düşünmə qabiliyyəti və riyazı təhlil etmə  bacarığı, liderlik qabiliyyəti, həm fərdi, həm qrup şəklində işləmə bacarığı

 

İş haqqında məlumat:

  • Daxili Nəzarət üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyəti struktur bölmələri ilə birgə) üzrə işlərin həyata keçirilməsini təmin/təşkil etmək;
  • Bank üzrə bütün fəaliyyət növləri və prosedurların yoxlanılmasını təmin/təşkil etmək;
  • Bank əməliyyatlarının qanunvericiliyə, bankın daxili qaydalarına uyğun olmasına, habelə əməliyyatların bank üçün gəlirlilik baxımından səmərələi olmasına sonradan və ya birbaşa nəzarət edilməsini təmin/təşkil etmək;
  • Bankın İdarə Heyəti Sədrinin və yaİdarə Heyətinin təlimatına əsasən departament müdirinin tapşırığı ilə bankın strukturlarında və ya bankın iştirak etdiyi müəssisələrdə xüsusi və ya bütün sahələr üzrə yoxlama aparılmasını təmin/təşkil etmək;
  • Daxili Nəzarət yoxlama sahələri üzrə işləri planlaşdırmaq, yoxlama aparmaq və nəticə barəsində departament müdirinə hesabat vermək;
  • Bankda risklərin, nəzarət və idarəetmə prosedurlarının adekvatlığının və uyğunluğunun qiymətləndirilməsini təmin/təşkil etmək;
  • Daxili nəzarət sahəsindəki yeniliklər və beynəlxalq praktika barədə rəhbərliyi məlumatlandırmaq, habelə bankda müntəzəm şəkildə təkrarlanan çatışmamazlıq və nöqsanların səbəblərini ümumiləşdirərək aradan qaldırılması üçün üst rəhbərliyinə konkret təkliflər vermək;
  • Nəzarət məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatların təhlil olunmasını təmin/təşkil etmək;
  • Bank fəaliyyəti üzrə əksikliklərin müəyyənləşdirilməsi üçün sorğuların nəticələrini analiz etmək;
  • Bank məhsulları üzrə sazişlərin ekspertizasını təmin etmək;
  • Müəyyən olunmuş xəta, əksiklik, uyğunsuzluqlar üzrə araşdırma aparılmasını və yekunları üzrə təklif verilməsini təmin/təşkil etmək.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

 

İş yeri:

  • Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).

 

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.  Email-in mövzu hissəsində  “Daxili Nəzarət şöbə rəhbəri” göstərməyiniz xahiş olunur.