Ekologiya üzrə mühəndis

Müəssisə:  AZ DUZ İSTEH. BIRLIYI QSC

Tələblər:

  • Təhsil: Ali təhsil (müvafiq sahə üzrə);
  • Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
  • Dil bilikləri:Azərbaycan dili- əla, İngilis və Rus dili üstünlükdür;
  • Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
  • Yerli və beynəlxalq sertifikatların olması üstünlükdür;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.

İş haqqında məlumat:

  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunlarının, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin yerinə yetirilməsinə nəzarət;
  • Ətraf mühitin mühaifzəsi sahəsində statisitik hesabatların hazırlanması;
  • Əlverişli ekoloji vəziyyətin təmin edilməsi və ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə təkliflərin hazırlanması;
  • İstehsalat prosesləri zamanı ətraf mühitə edilən təsirləri müəyyən etmək üçün müntəzəm monitorinqlər apararaq azaldılması istiqamətində tədbirlər müəyyən etmək;
  • Ətraf mühit problemlərinin həllində işçilərin məsuliyyətinin gücləndirilməsi məqsədilə işçilərin müvafiq təlim proqramları əsasında ətraf mühitin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar və servis şirkət tərəfindən təmin edilir.

İş yeri:

  • Bakı şəhəri.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində Ekologiya üzrə mühəndis qeyd etməyiniz xahiş olunur.
 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.