Elektrik-elektronçu
Vakansiya: Elektrik-elektronçu
Tələblər:
• Müvafiq sahə üzrə ali təhsil
• Müvafiq sahədə minimum 1 il təcrübəsi
• Elektrik çertyojlarını oxumağ bacarığı
• Ölçü cihazları və əl cihazları, mikrokontrollerlər, platalar ilə işləmə bacarığı
• Yüksək gərginlikdə elektrik təcrübəsi:
İş haqqında məlumat:
• Elektrik təchizatı şəbəkələrini elektrik avadanlıqlarına birləşdirmək, avadanlıq və dəzgahlara cari texniki xidmət göstərilməsini və təmir işlərini yerinə yetirmək.
• Müxtəlif cihazlardan istifadə etməklə şəbəkələrin gərginlik, cərəyan, müqavimət və faza bucağı kimi elektrik xüsusiyyətlərini sınaqdan keçirmək.
• Alət və avadanlıqlardan istifadə etmək və texniki xidmət göstərmək.
• Hava soyuducu və qızdırıcı avadanlıqları, buzlaşdırıcıları, isti su qızdırıcılarını, çillerlər və bu kimi avadanlıqları quraşdırmaq, onlara xidmət göstərmək və təmir etmək .
• Elektrik yükünü generatorun həcminə uyğun saxlamaq və ya tənzimləmək üçün idarəetmə lövhəsində olan idarəetmə pultlarını hərəkətə gətirmək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Elektrik-elektronçu" qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki:
- 3 növbəli iş rejimi. 1-ci növbə (07:00 - 15:00 ) 2-ci növbə (15:00 - 23:00 ), 3-cü növbə (23:00 - 07:00 )
İş Yeri:
- Bakı, Sun Tea Çay fabriki
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.