Talep No:  25907

Elektrik-elektronçu

Müəssisə:  Baki Gida və Yağ Fabriki

Tələblər:

  • Ali texniki təhsil (Elektrik mühəndisliyi və ya əlaqəli sahələr üzrə)

  • Minimum 3 il iş təcrübəsi (elektrik mühərriklərinin təmiri, texniki xidmət və istehsalat avadanlıqları sahəsində)

  • 1000 V-dan yuxarı elektrik avadanlıqlarında iş təhlükəsizliyi və işçi sağlamlığına dair icazə vəsiqəsi

 

Texniki biliklər:

  • 0.25 – 500 kW gücündə (1-3 fazalı) elektrik mühərriklərinin iş prinsipi, qoşulma sxemləri və təmir üsulları

  • Elektrik panoları və qoruma sxemlərinin iş prinsipləri

  • Avtomatik işə qoşma və mühərrik mühafizə sxemlərinin qurulması

  • Cərəyan, gərginlik və digər elektrik parametrlərinin birbaşa və dolayı ölçülməsi

  • Relay və idarəetmə sxemlərinin qurulması və oxunması

  • Temperatur, təzyiq, vakuum, sürət kimi proses parametrlərinin ölçülməsi və tətbiqi

  • Güc komutasiya qurğularının düzgün seçilməsi

  • Yarımstansiyalarda (1000 V və yuxarı) qoşma və açma əməliyyatları

  • Elektrik şəbəkəsinin paylanma sxemləri, torpaqlama və test üsulları

  • PLC (Programlaşdırıla bilən lojiya kontrollerləri) sistemlərinin prinsipi və tətbiqi

  • 4-20 mA analoq siqnalların kalibrlənməsi və PLC bağlantısı

  • Sensor, klapan, inventor və digər elektron komponentlərin montajı və sazlanması

  • Elektrik enerjisinin reaktiv güc kompensasiyası və sərfinin optimallaşdırılması

  • Mürəkkəb funksiyalı elektron cihazların təmiri və sazlanması

  • Sabit və dəyişən cərəyan mühərriklərinin sürət tənzimlənməsi və idarə edilməsi

  • Elektron komponentlərin (diod, tiristor, tranzistor və s.) iş prinsipləri

  • Avadanlıqların texniki xarakteristikaları və istismar qaydaları

  • İşçi təhlükəsizliyi, sanitariya və ekoloji mühafizə tədbirləri üzrə biliklər

 

Vəzifə Öhdəlikləri:

  • Sahə rəisləri və növbə mühəndisləri ilə koordinasiyalı işləmək

  • Elektrik və elektron sistemlərdə nasazlıqları aşkar etmək və məlumatlandırmaq

  • Elektrik mühərriklərinin (0.25 – 500 kW, 1-3 fazalı) təmiri, sazlanması və test olunması

  • Elektrik panolarının, avtomatların, kontaktorların və digər komponentlərin təmiri və qoşulması

  • Elektron nömrələrin, printerlərin və kalibrləmə sistemlərinin təmiri

  • PLC-lərin giriş-çıxış siqnallarının yoxlanılması və nasazlıqların aradan qaldırılması

  • Elektron sensorların (fotosel, çevrici, sürət sensorları) quraşdırılması və sazlanması

  • Temperatur, təzyiq röleləri və sayğacların qurulması və yoxlanılması

  • Yarımstansiyalarda (35/0.4 kV) operativ keçid əməliyyatlarını yerinə yetirmək

  • Pnevmatik və elektrik xətlərin montajı, təmiri və texniki baxışı

  • Buxar qazanları və kompressor sistemlərinin nəzarət cihazlarının təmiri və sazlanması

  • Qaynaq transformatorlarının və digər xüsusi avadanlıqların təmiri

  • Avadanlıq və maşınlara elektrik kabel xətlərinin quraşdırılması, demontajı və əlaqələrinin qurulması

  • Pnevmatik xətlərin quraşdırılması, təmiri, sazlanması və montajı

  • Foto sensorlar, termo sensorlar, ölçmə cihazları və yol açarlarının təmiri və montajı

  • 35 kV-luq Eleqaz avadanlıqlarının təmiri və montajı

  • Avtomatlar və kontaktorların təmiri və sistemə qoşulması

  • Elektrik kontaktlı manometr və termometrlərin təmiri

  • Reaktiv güc kompensasiyası və enerji sərfinin azaldılması üzrə tədbirlərin görülməsi

  • İş zamanı təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək

  • Qoruyucu geyim və vasitələrdən istifadə etmək

 

İş haqqında məlumat:

  • Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC

  • İş qrafiki: 3 növbəli

  • Nahar və Servis xidməti
  • İş yeri: Sumqayıt

 

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Elektrik-Elektronçu" qeyd etməyiniz xahiş olunur.