Elektronçu

Müəssisə: 

Vakansiya: Elektronçu

Tələblər:
 •   Orta və ya ali təhsilli
 •   Aidiyyatı sahədə minimum 1 il təcrübəsi olmalı
 •   Məhsuliyyətli və diqqətli olmalı
 •   Elektrik çertyojlarını oxumağı bacarığı
 •   Ölçü cihazları və əl cihazları, mikrokontrollerlər, platalar ilə işləmə bacarığı.

 

İş haqqında məlumat: 

 •   Elektrik təchizatı şəbəkələrini elektrik avadanlıqlarına birləşdirmək, avadanlıq və dəzgahlara  cari texniki xidmət göstərilməsini və təmir işlərini yerinə yetirmək.
 •   Müxtəlif cihazlardan istifadə etməklə şəbəkələrin gərginlik, cərəyan, müqavimət və faza bucağı kimi elektrik xüsusiyyətlərini sınaqdan keçirmək.
 •   Alət və avadanlıqlardan istifadə etmək və texniki xidmət göstərmək.
 •   Hava soyuducu və qızdırıcı avadanlıqları, buzlaşdırıcıları, isti su qızdırıcılarını, çillerlər və bu kimi avadanlıqları quraşdırmaq, onlara xidmət göstərmək və təmir etmək .
 •   Elektrik yükünü generatorun həcminə uyğun saxlamaq və ya tənzimləmək üçün idarəetmə lövhəsində olan idarəetmə pultlarını hərəkətə gətirmək.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Elektronçu" qeyd etməyiniz  xahiş olunur.
 
İş Qrafiki: 
- 6 günlük iş həftəsi,
- 2 növbəli iş rejimi. 1-ci növbə (07:00 - 15:00 ) 2-ci növbə  (15:00 - 23:00 )

İş Yeri: 
- Mamam Chocolate&Bakery MMC (Bakı şəhəri)

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.