Talep No:
26723
Hüquqşünas
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Vəzifə öhdəlikləri:
- Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuları hazırlamaq;
- Sığorta hadisələri ilə bağlı şübhəli hallara hüquqi rəy vermək;
- Dövlət orqanları ilə yazışmaları reallaşdırmaq;
- Cəmiyyətə daxil olan və çıxan müqavilələrə, sənədlərə, hüquqi rəy vermək və vizalanması işini təşkil etmək;
- Sığorta hadisələri üzrə ödəniş vaxtının gecikməsi və s. hallarda müştəri şikayətlərinə yazılı cavablar hazırlamaqda iştirak etmək;
- Sistem üzərindən ödəniş sənədlərinin yoxlanılıb-təsdiq edilmək;
- Təqdim olunmuş sənədlər siyahısına əsasən iş qovluqlarının yığılması və arxivləşdirilməsi;
- Mail ilə göndərilmiş sənədlərin fayl şəklində yığılaraq imzaya və ödənişə təqdim etmək;
- Sığorta hadisələrinin araşdırılması departamenti daxilində sənəd dövriyyəsinin jurnal vasitəsilə qeydiyyatını aparmaq və sənədlərin əvvəldən arxivləşməyədək olan dövriyyəsini icra etmək.
Tələblər:
- Hüquq üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst, əlavə xarici dil bilikləri üstünlük hesab olunur;
- Kompüter bacarıqları: Microsoft Office proqramları (Excel, Word, Outlook) – yaxşı səviyyədə;
- Analitik düşüncə və güclü təhlil qabiliyyəti;
- İşin planlaşdırılması və təşkil edilməsi bacarığı;
- Detallara diqqət, davamlı öyrənməyə və inkişaf etməyə meyillilik;
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Gümüş Plaza
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Hüquqşünas" qeyd etməyiniz xahiş olunur.