Talep No:  29358

Hüquqşünas

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Azersun Holding haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Vəzifə öhdəlikləri:

  • Məhkəmə və mediasiya prosesləri üzrə bütün prosessual sənədlərin (iddia ərizələri, şikayətlər, vəsatətlər, izahatlar və s.) hazırlanmasını təmin etmək və şirkəti məhkəmələrdə təmsil etmək.
  • Elektron Məhkəmə Portalı, DVX Online Kargüzarlıq Sistemi və digər hüquqi platformalar üzərindən icraatları aparmaq.
  • Məhkəmə qərarlarının icrasına nəzarət etmək, icra və probasiya orqanlarında şirkətin maraqlarını təmsil etmək.
  • Müxtəlif növ təsərrüfat və əmək müqavilələrinin hazırlanması, hüquqi ekspertizası və müqavilə danışıqlarında iştirak etmək.
  • Müqavilələrə əlavə və dəyişikliklərin hazırlanmasını təmin etmək və struktur bölmələri ilə koordinasiyalı işləmək.
  • Əmtəə nişanları, sənaye nümunələri, ixtiralar və digər intellektual mülkiyyət obyektlərinin yerli və beynəlxalq qeydiyyatını təşkil etmək.
  • Təqlid və qanunsuz istehsal halları üzrə hüquqi tədbirlərin görülməsini və mübahisələrin hüquqi müstəvidə həllini təmin etmək.
  • Şirkətin daxili hüquqi təminatını həyata keçirmək, struktur bölmələrinə və İnsan Resursları Departamentinə hüquqi dəstək göstərmək.
  • Qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək, hüquqi risklər üzrə rəy və təkliflər hazırlamaq.
  • Hüquqi sənədlərin arxivləşdirilməsini təşkil etmək, hüquqi hesabatlar hazırlamaq və daxili təlim və seminarların keçirilməsində iştirak etmək

 Tələblər:

  • Hüquq sahəsində ali təhsil (magistr dərəcəsi üstünlükdür).
  • Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi.
  • Mülki, inzibati, əmək və kommersiya hüququ üzrə dərin biliklər.
  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və məhkəmə təmsilçiliyi üzrə praktiki təcrübə.
  • Güclü analitik düşüncə, yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, MS Office və hüquqi elektron sistemlərdə işləmə bacarığı.

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Servis xidməti: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Müraciət

Tələblərə cavab verdiyiniz halda CV-nizi cv@azersun.com ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Hüquqşünas” qeyd edilməlidir.

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.