Talep No:
27328
Hüquq və Problemli Kreditlərin təqibi üzrə baş mütəxəssis
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
Vəzifə öhdəlikləri:
Hüquq sahəsi üzrə:
- Bankın Nizamnaməsini, idarəetmə orqanlarının, daxili komitələrin, filiallarının, şöbələrinin və nümayəndəliklərinin əsasnamələrini hazırlamaq;
- Struktur bölmələrin əsasnamələrinin və hər bir fəaliyyət növü üzrə daxili qaydaların hazırlanmasında və onlara dəyişikliklərin edilməsində iştirak etmək;
- Bankın Təsis sənədlərinə dəyişikliklərin edilməsini həyata keçirmək;
- Təsis sənədlərində edilmiş dəyişikliklərin müvafiq dövlət orqanlarında qeydiyyatdan keçirilməsini həyata keçirmək;
- Qanunvericilikdə olan dəyişiklikləri izləmək və həmin dəyişikliklərin Bankın daxili normativ sənədlərində vaxtlı-vaxtında əks olunmasını təmin etmək və lazımi strukturlara məlumat vermək;
- İstifadə olunan bank fəaliyyəti ilə əlaqədar və ya təsərrüfat xarakterli müqavilələrin (ipoteka, girov, zaminlik, kredit, depozit və s.) standart formalarını tərtib edərək təsdiq üçün Bankın rəhbərliyinə təqdim etmək;
- Qüvvədə olan standart müqavilə formalarına lazımi dəyişiklikləri tərtib edərək təsdiq üçün Bankın rəhbərliyinə təqdim etmək;
- Bank ilə bağlanan istənilən müqavilələri və digər sənədləri araşdıraraq, onlara hüquqi rəy vermək;
- Bankın səhmlərinin emissiyası və səhmdarlarının reyestrinin aparılması ilə əlaqədar qərarları hazırlamaq və digər lazımi işləri həyata keçirmək;
- Bankın filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılması və hər hansı fəaliyyət növü üçün icazələrin alınması ilə əlaqədar qərarları, məktubları, tələb olunan sənədləri hazırlamaq və digər lazımi işləri həyata keçirmək;
- Bankın fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, bankdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy vermək;
- Dövlət, qeyri-dövlət təşkilatlarından və vətəndaşlardan daxil olan aidiyyəti sənədləri cavablandırmaq;
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin qərarlarını hazırlamaq, imzaya təqdim etmək, imzadan dönəndən sonra isə onların yayımlanmasını təmin etmək;
- Bankın təsisçisi olduğu Şirkətlərdən daxil olan sənədlərə hüquqi rəy vermək;
- Bankın təsisçisi olduğu Şirkətlərinin Banka aid olan hüquqi işlərini həyata keçirmək;
- Bankın digər strukturları tərəfindən verilən sorğuları araşdırmaq və onlara hüquqi rəy vermək;
- İpotekadan azad olunması təklif edilən əmlaklarla əlaqədar araşdırma apararaq, müvafiq işləri həyata keçirmək;
- Bankdaxili qaydaların hazırlanması üçün struktur vahidlərinə metodiki tövsiyələr vermək, hazırlanmış sənədlərin hüquqi ekspertizasını keçirərək qüvvədə olan qanunvericiliyə uyğun olmasını təmin etmək;
- Kreditlərin təqibi sahəsinə aid olmayan bütün digər sahələr üzrə İddia ərizələrini və pretenziyaları hazırlamaq, onları təyinatı üzrə göndərmək və məhkəmə baxışından əvvəl araşdırmalar aparmaq, habelə çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri həyata keçirmək;
- Etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində məhkəmələrdə bankın hüquqlarını və qanuni mənafelərini qorumaq;
- Məhkəmələrin və digər dövlət orqanlarının bankın mənafeyinə zidd olan qərarlarından şikayətlər vermək;
- Bankın iştirak etdiyi beynəlxalq arbitraj proseslərinin sənədlərini hazırlamaq, bu sahədə müvafiq təşkilatlarla əlaqələr yaratmaq və lazımi işləri görmək;
- Qarantiya və digər kredit məhsullarının verilməsi zamanı lazımi məktub və sənədlərin hüquqi analiz etmək və vizalamaq;
Kreditlərin Təqibi sahəsi üzrə:
- Problemli kreditlər üzrə müştəriyə hesablanmış faiz və cərimə borclarının, həmçinin əsas borcun məbləği barədə xəbərdarlıqların göndərilməsinə nəzarət etmək;
- Problemli kreditlər ilə məhkəmədən öncə borcların qaytarılması ilə əlaqədar görüşlər keçirmək, ünvanlarına getmək, daimi əlaqə saxlanılmasına nəzarət etmək;
- Problemli kreditlərin qaytarılması məqsədilə hər bir kredit üzrə tədbirlər görmək, borcun hər hansı bir aktiv formasında geri qaytarılması imkanı yaranarsa, bunun üçün qanunla nəzərdə tutulmuş vasitələrdən istifadə etmək, habelə hüquq mühafizə orqanlarına müraciət olunması ilə əlaqədar müvafiq işləri həyata keçirmək;
- Məhkəməyə müraciət etmək üçün bütün sənədlərin yığılmasına nəzarət etmək (MAPS, dövlət rüsumunu təsdiq edən ödəniş tapşırığı, Maliyyə Arayışı, pretenziya məktubdaları və digər sənədlər);
- Məhkəmə əmrinin çıxarılması ilə əlaqədar ərizələrin hazırlanmasına və göndərilməsinə nəzarət etmək;
- Problemli Kreditlərin təminatları olan əmlakların qiymətləndirmə işlərinin təmin edilməsinə nəzarət etmək;
- Bankdaxili qaydalara uyğun olaraq, qiymətləndirmə ilə razı olmadıqda, müvafiq şikayətlərin hazırlanmasına və məhkəməyə təqdim edilməsinə nəzarət etmək;
- Problemli kreditlər üzrə məhkəmə işlərinin gedişatını nəzarətdə saxlamaq və məhkəmə qərarlarının Bankın lehinə çıxarılması üçün lazımi işlərin həyata keçirilməsini təmin etmək;
- Problemli kreditlər üzrə görülən işlərin və aparılan əməliyyatların əsasında bank proqramında lazımi qeydlərin həyata keçirilməsinə nəzarət etmək.
Tələblər:
- Təhsil: Hüquq üzrə ali təhsil
- Təcrübə: Bank sektorunda hüquq sahəsində minimum 2 il, ümumilikdə hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri yaxşı səviyyədə (digər dillər üstünlükdür)
- Kompüter bacarıqları: Microsoft Office proqramları
- Şəxsi keyfiyyətlər: Güclü analitik düşüncə, ünsiyyət və komanda ilə işləmək bacarığı, aydın yazılı və şifahi ifadə qabiliyyəti
Biz nə təklif edirik:
- İş yeri: Dreamland Baku
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
- İş mühiti: Regionun aparıcı şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit
Müraciət:
Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquq və Problemli Kreditlərin təqibi üzrə baş mütəxəssis - 27328” qeyd etməyiniz xahiş olunur.