Talep No:  24927

Hüquq və problemli kreditlərin təqibi şöbə müdiri

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Hüquq və Problemli Kreditlərin Təqibi Şöbə müdiri

Tələblər:

  • Ali təhsilli (Hüquqi)
  • Bank işi üzrə minimum 3 il iş təcrübəsi  
  • Azərbaycan, İngilis və Rus dilləri (digər dil biliklərinin olması üstünlük təşkil edir)
  • Microsoft Office proqramları, bank proqramı
  • Bank fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericilik və normativ aktlarını bilmək, İdarəetmə, analitik düşünmə qabiliyyəti, təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı

 

Ümumi vəzifələr:

  • Şöbənin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının və Bankdaxili reqlamentlərin tələblərinə uyğun aparılmasını, həmçinin bank sirrinin qorunmasını təmin etmək;
  • Şöbənin illik büdcəsinin layihəsini hazırlayaraq, aidiyyatı struktur bölməsinə təqdim etmək;
  • İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
  • Şöbənin əməkdaşları arasında vəzifə və səlahiyyət bölgüsünü aparmaq, vəzifə təlimatlarını hazırlamaq, təsdiq olunması üçün aidiyyatı struktur bölməsinə təqdim etmək və onların yerinə yetirilməsinə nəzarət etmək; 
  • Şöbənin fəaliyyəti ilə əlaqədar normativ sənədləri, reqlamentləri, habelə onlara əlavə və dəyişikliklər layihəsini hazırlamaq, təsdiq olunması üçün təqdim etmək, həmçinin təsdiq edilmiş reqlamentlər ilə işçilərin tanış olmalarını və riayət etmələrini təmin etmək;
  • İşgüzar keyfiyyətlərini, peşəkarlıq səviyyəsini, əmək məhsuldarlığını və nizam-intizam qaydalarına riayət etmələrini nəzərə alaraq bankdaxili qaydalarla müəyyən olunmuş qaydada işçilərin vəzifələrində irəli çəkilməsi, onların təltif edilməsi, habelə onlar barəsində intizam tənbehinin tətbiq edilməsi, işdən azad edilməsi, aşağı və ya digər vəzifəyə keçirilməsi və ya müvəqqəti vəzifədən kənarlaşdırılması, iş həcminə görə şöbəyə əlavə işçinin götürülməsi və ya işçi sayının azaldılması  barədə aidiyyatı struktur bölməsinə təkliflər vermək;
  • Şöbənin işçilərinin məzuniyyət planını tərtib etmək, məzuniyyətə və qısa müddətli icazəyə çıxmalarına rəy bildirmək;
  • Şöbədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət/riayət etmək;
  • Şöbədə lazımi əmək şəraitinin yaradılması, təsərrüfat, inzibati və texniki dəstəyin təmin edilməsi barədə təkliflər vermək;
  • Şöbənin sənədlərinin mühafizəsini və arxivləşdirilməsi işini təşkil və nəzarət etmək;
  • Şöbənin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək;
  • Yoxlayıcılara, auditorlara və Bankın digər struktur bölmələrinə hesabatların hazırlanması üçün tələb olunan lazımi məlumatların təqdim edilməsini təmin etmək;
  • Şöbənin əvəzetmə planına uyğun olaraq işdə olmayan əməkdaşların səlahiyyətlərini yerinə yetirmək;
  • Şöbənin fasiləsiz iş rejimini təmin etmək məqsədilə işçilərin bir-birilərini əvəz etmələri üçün vəzifələrini keyfiyyətli şəkildə icra edəcək lazımi savada, bacarığa, peşə təcrübəsinə və yararlılığına malik kadr heyətini Bankın insan resursları siyasətinə uygun qaydada yetişdirmək;
  • Şöbənin işləri və ya yeniliklər barədə aidiyyatı struktur bölməsi ilə razılaşdırmaqla, digər struktur bölmələri üçün təlimlər keçirmək;
  • Qanunvericilik, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, həmçinin rəhbərlər tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra etmək;
  • Departament müdiri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün bankın digər struktur bölmələrindən lazımi məlumatları və sənədləri tələb etmək;
  • Şöbənin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək və digər departamentlərin sorğularına subordinasiya qaydalarına riayət etməklə cavab vermək;
  • Şöbənin işinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Bank tərəfindən istifadəsinə verilmiş proqram təminatı və alətləri iş prosesinə uyğunlaşdırmaq, qanunvericiliyin və günün tələbinə uyğun təkmilləşdirmək, şöbə tərəfindən aktiv istifadəsini təmin etmək;
  • İş yerində və prosesində istifadə edilən maddi-texniki vəsaitlərin saxlanılmasını və düzgün istifadəsini təmin etmək;
  • Rəhbərliyin tapşırığı əsasında kənar qurumlarda Bankın təmsil edilməsi, iclas, konfrans və seminarlarda iştirak etmək;
  • Daxil olan məktubların vaxtında və lazımi qaydada cavablandırılmasını təmin etmək;
  • Bankın fəaliyyət sahəsinə aid olan müqavilələrin hazırlanmasını, hüquqi rəyin alınmasını, imzaya təqdim edilməsini və tərəflərə çatdırılmasını, tələb olunduğu hallarda isə yenilənməsini təşkil etmək; müqavilələr üzrə təhvil-təslimləri həyata keçirmək və ödənişləri təqib etmək;
  • Bank proqramı və digər proqramlarla əlaqədar özünə təsis edilən şifrənin gizlilik və təhlükəsizliyini təmin etmək;
  • Bank sistemində və müxtəlif proqramlarda istifadə edilən istifadəçi kodlarının düzgünlüyündən, gizliliyindən tam məsuliyyət daşımaq, reallaşdırılan əməliyyatların təhlükəsizliyini təmin etmək;
  • Bankın korporativ informasiya təhlükəsizliyi siyasətinə, standartlarına və qaydalarına uyğun hərəkət etmək;
  • İnformasiya təhlükəsizliyi ilə əlaqədar təhsil çatışmazlığı hiss etdiyi vəziyyətlərdə bu haqda rəhbərinə məlumat vermək;
  • Təhlükəsizlik proseduru və siyasətlərinə bağlı dəyişikliklər təkliflər etmək;
  • Cavabdeh olduğu məlumat varlığının ən uyğun şəkildə qorunmasını təmin etmək;
  • Şübhələndikləri/ aşkar etdikləri bütün təhlükəsizlik qüsurları haqqında rəhbərini məlumatlandırmaqla İnformasiya Təhlükəsizliyi İnzibatçısını xəbərdar etmək;

Kreditlərin Təqibi sahəsi üzrə:

  • Vaxtı keçmiş kredit portfelini təhlil edərək problemli hesab edilən kreditlərin dosyelərini struktur bölmələrdən təhvil almaq və həmin kreditlər üzrə lazımi işləri həyata keçirmək;
  • Problemli kreditlər üzrə müştəriyə hesablanmış faiz və cərimə borclarının, həmçinin əsas borcun məbləği barədə xəbərdarlıqların göndərilməsinə nəzarət etmək;
  • Problemli kreditlərin təminatlarını monitorinq etmək;
  • Problemli kreditlər ilə məhkəmədən öncə borcların qaytarılması ilə əlaqədar görüşlərin keçirilməsinə, ünvanlarına gedilməsinə, daimi əlaqə saxlanılmasına nəzarət etmək;
  • Problemli kreditlərin qaytarılması məqsədilə hər bir kredit üzrə tədbirlərin görülməsinə, borcun hər hansı bir aktiv formasında geri qaytarılması imkanı yaranarsa, bunun üçün qanunla nəzərdə tutulmuş vasitələrdən istifadə edilməsinə, habelə hüquq mühafizə orqanlarına müraciət olunması ilə əlaqədar müvafiq işləri həyata keçirilməsinə nəzarət etmək;
  • Məhkəməyə müraciət etmək üçün bütün sənədlərin yığılmasına nəzarət etmək (MAPS, dövlət rüsumunu təsdiq edən ödəniş tapşırığı, Maliyyə Arayışı, pretenziya məktubdaları və digər sənədlər);
  • Məhkəmə əmrinin çıxarılması ilə əlaqədar ərizələrin hazırlanmasına və göndərilməsinə nəzarət etmək;
  • Kreditlərin təqibi sahəsinə aid olan bütün digər sahələr üzrə İddia ərizələrini və pretenziyaları hazırlamaq, onları təyinatı üzrə göndərmək və məhkəmə baxışından əvvəl araşdırmalar aparmaq, habelə çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri həyata keçirmək;
  • Kreditlərin təqibi sahəsinə aid olan sahələr üzrə tələb olunduğu halda məhkəmə qərarlarından şikayət vermək;
  • Məhkəmə qərarlarının icrası prosesində təminatların Bank tərəfindən alınması və balansa götürülməsi, təminatın Bankın adına rəsmiləşdirilməsi, Bankın balansına götürülmüş təminatların satılması ilə əlaqədar zəruri işləri həyata keçirmək;
  • Problemli Kreditlərin təminatları olan əmlakların qiymətləndirmə işlərinin təmin edilməsinə nəzarət etmək;
  • Bankdaxili qaydalara uyğun olaraq, qiymətləndirmə ilə razı olmadıqda, müvafiq şikayətlərin hazırlanmasına və məhkəməyə təqdim edilməsinə nəzarət etmək;
  • Hərraclarının təşkili ilə məşğul olmaq və lazımi işləri həyata keçirmək;
  • Hərracların nəticəsi Bankın mənafeyinə mənfi təsir göstərdikdə, müvafiq şikayətləri hazırlanmaq və məhkəməyə təqdim etmək;
  • İcra qurumları ilə daimi əlaqə saxlamaq və borcların qaytarılması işlərini təşkil etmək;
  • İcra qurumları ilə sənədləşmə işlərinin həyata keçirilməsini həyata keçirmək;
  • İcra vərəqəsi üzrə ödənişlər bitdikdən sonra müvafiq hüquqi tədbirləri həyata keçirmək;
  • Problemli kreditlər üzrə məhkəmə işlərinin gedişatını nəzarətdə saxlamaq və məhkəmə qərarlarının Bankın lehinə çıxarılması üçün lazımi işləri həyata keçirmək;
  • Problemli kreditlərlə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qərarlarının icra olunması üçün bütün lazımi tədbirləri həyata keçirmək;
  • Problemli kreditlər üzrə görülən işlərin və aparılan əməliyyatların əsasında bank proqramında lazımi qeydlərin həyata keçirilməsinə nəzarət etmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquq və Problemli Kreditlərin Təqibi şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.