Həkim
Azersun Holding haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri
- Xəstələrə tam həcmdə ilkin tibbi yardım göstərmək
- İlkin tibbi yardımdan sonra, ehtiyac yarandıqda xəstəni müvafiq xəstəxanaya yönləndirmək
- Xəstəxanaların profilini bilmək, xəstənin diaqnozu və vəziyyətinə uyğun olaraq düzgün tibb müəssisəsinə istiqamətləndirmək
- Tibb məntəqəsinə müraciət edən xəstələrin qeydiyyatını müvafiq jurnallarda və elektron sistemdə aparmaq
- Xəstəlik tarixçələrini, müayinə nəticələrini və müalicə protokollarını incələmək, sağlamlıqla bağlı məsələlərdə birbaşa və ya telefon vasitəsilə məsləhət vermək
- İstehsalatda xəsarət alan işçilər barədə onların çalışdıqları müəssisənin məsul şəxslərini dərhal məlumatlandırmaq
- Digər tibb müəssisələri ilə koordinasiyalı şəkildə planlı tibbi tədbirlərin icrasında iştirak etmək
- Tibbi etika və deontologiya qaydalarına riayət etmək
- Tibb sahəsindəki yenilikləri izləmək və ixtisasartırma kurslarında iştirak etmək
Tələblər
- Ali tibb təhsili (ümumi tibb, ixtisaslaşmış tibb və ya rezidentura)
- Müvafiq ixtisas üzrə diplom və sertifikatların mövcudluğu
- Minimum 3 il iş təcrübəsi
- Tibbi etika və deontologiya qaydalarını bilmə
- İxtisas üzrə müasir diaqnostika və ilkin tibbi yardım metodlarına bələdlik
- Kompüter və ofis proqramları üzrə baza bilikləri
- Tibbi və digər informasiya sistemləri ilə işləmə bacarığı
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Müraciət
Tələblərə cavab verdiyiniz halda CV-nizi cv@azersun.com ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Həkim - 29391 ” qeyd edilməlidir.