Housekeeping Supervisor
Müəssisə:
XƏYAL ADASI MMC
Vakansiya: Housekeeping Supervisor
Tələblər:
- Orta və ya ali təhsilli olmalı;
- MS Office proqramlarını bilməli;
- Çamaşırxana avadanlıqları, ütü, yuma və qurutma maşınları ilə işləyə bilməli
- Təmizlik zamanı hazırlıq işlərini bilməli
- Diqqətli, cəld və səliqəli olmalı
- Şəxsi gigiyena və qida təhlükəsizliyi qaydalarını bilməli
- Təmizləyici kimyəvi məhsullarının xarakterini bilməli
- Bütün təmizlik avadanlıqlarının işinin xüsusiyyətləri bilməli
Vəzifə Öhdəlikləri:
- Tabeçiliyində olan ərazilərin təmizlik işini təşkil etmək;
- Təmizlik işlərinin vaxtında və keyfiyyətli görülməsini təmin etmək;
- İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölgüsünü təşkil etmək;
- Təmizlik işinin gündəlik, həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etmək;
- Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək;
- Şirkətə məxsus avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etmək;
- İşçi personalının təhlükəsizliyini təmin etmək;
- Təmizlik işi gördüyü ərazinin rəhbərliyi ilə daimi olaraq əlaqəda olmaq;
- Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etmək;
- Təmizlik işinin inkişafı üçün rəhbərə öz təkliflərini vermək;
- Baş vermiş neqativ hallar, insidentlər, digər şəxslərin hərəkətləri və ya başqa şirkətin siyasətinə və missiyasına aid olan məsələlər barədə rəhbərini məlumatlandırmaq;
- Görülən işlər haqqında rəhbərinə gündəlik məlumatlar vermək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Housekeeping Supervisor” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00
İş Yeri: Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.