IT SAP MM/ PM modulu üzrə Baş mütəxəssis
Vakansiya: IT SAP MM/ PM modulu üzrə Baş mütəxəssis
Tələblər:
✔ SAP MM və PM modulları üzrə minimum 3-5 il iş təcrübəsi
✔ İş axınlarının modelləşdirilməsi və sənədləşdirilməsi sahəsində bacarıq
✔ Analitik düşüncə və problem həll etmə bacarığı
✔ Təlimvermə və komandada əməkdaşlıq bacarığı
✔ SAP sistemləri və texniki sənədlərlə işləmə təcrübəsi
Vəzifə Öhdəlikləri:
▪️ MM/PM modulları üzrə iş proseslərinin təhlili və sənədləşdirilməsi
▪️ Mövcud proseslərin təkmilləşdirilməsi və uyğun sənədlərin hazırlanmasına dəstək
▪️ İş axış cədvəllərinin və test ssenarilərinin hazırlanmasına yardımcı olmaq
▪️ Uyarlama sonrası testlərin test mühitində icrası
▪️ İstifadəçilərə təlimlərin keçirilməsi və əl kitabçasının hazırlanması
▪️ Yetkiləndirmə matrislərinin qurulması və idarə olunması
▪️ Canlı sistemdə istifadəçi problemlərinin araşdırılması və həlli
▪️ MM/PM modulları üzrə konfiqurasiyaların həyata keçirilməsi
▪️ Yeni tələblər üzrə funksional spesifikasiyaların hazırlanması
▪️ Komanda üzvlərinin maarifləndirilməsi və yönləndirilməsi
▪️ SAP Dəstək Direktoruna hesabatların təqdim edilməsi
İş vaxtı:
- 5 günlük iş rejimi
- İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar xidməti şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri
Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "IT SAP MM/ PM modulu üzrə Baş mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.