Talep No:  28681

IT Sistemləri üzrə Baş mütəxəssis

Müəssisə:  XƏYAL ADASI MMC

Tələblər:📌

  • Ali texniki təhsil (İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi və ya oxşar sahə)
  • İT sahəsində minimum 3–5 il iş təcrübəsi
  • Şəbəkə texnologiyaları (TCP/IP, VLAN, routing, switching, Wi-Fi) üzrə praktiki biliklər
  • Windows Server və Microsoft mühitində (AD, Group Policy, Office 365 və s.) işləmə təcrübəsi
  • İstifadəçi dəstəyi sahəsində təcrübə, nasazlıqların diaqnostikası və operativ həll bacarığı
  • Məsuliyyətli, diqqətli, sistemli və analitik düşünmə bacarığı
  • Komandada işləmək və digər bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı

 

Əsas Vəzifə Öhdəlikləri: 📝

  • Şirkətin server, şəbəkə və istifadəçi avadanlıqlarının (PC, noutbuk, printer, skaner və s.) fasiləsiz və stabil işini təmin etmək;
  • Şəbəkə infrastrukturu (LAN, Wi-Fi, VPN və s.) üzrə nəzarət, sazlama və nasazlıqların aradan qaldırılması;
  • İnformasiya təhlükəsizliyi üzrə gündəlik nəzarət: antivirus sistemləri, firewall, giriş icazələri, istifadəçi hesabları və s.;
  • İstifadəçilərə gündəlik texniki dəstək göstərmək, müraciətlərin (helpdesk) operativ qeydiyyatı və həlli;
  • Yeni İT sistemlərinin və həllərinin (server, şəbəkə, bulud xidmətləri və s.) quraşdırılması, sazlanması və optimallaşdırılması;
  • Ehtiyat nüsxə (backup) sistemlərinin işləməsinə nəzarət, bərpa sınaqlarının mütəmadi aparılması;
  • İT avadanlıqlarının, lisenziyaların və hesabların uçotunu aparmaq, müvafiq texniki sənədləşmə və sxemlərin hazırlanması;
  • İT ilə bağlı daxili qayda və prosedurların tətbiqinə dəstək vermək.

 

İş Qrafiki: Həftədə 5 gün, həftə içi 2 gün istirahət

İş yeri: Bakı şəh., Dreamland

 

🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “IT Sistemləri üzrə Baş mütəxəssis - 28681” qeyd etməyiniz xahiş olunur.

 

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.

Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.

İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.