Talep No:  27261

Kiber təhlükəsizlik üzrə baş mütəxəssis (Red Team)

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Vəzifə öhdəlikləri:

  • Red Team fəaliyyətlərinin planlaşdırılması və icrası (real dünya hücum ssenarilərinin təqlidi);
  • Hücum səviyyəli təhlükəsizlik yoxlamalarının aparılması (external, internal, phishing, physical, wireless, və s.);
  • Advanced Persistent Threat (APT) ssenarilərinin simulyasiyası;
  • Əldə olunan nəticələrin analiz olunması və rəhbərliyə detallı hesabatın təqdim olunması;
  • Təyin edilmiş komanda üzvlərinin idarə olunması və inkişafı;
  • Blue Team ilə əməkdaşlıq;
  • Təhlükəsizlik zəifliklərinin aşkar olunması, istismarı (exploitation) və ssenari əsaslı testlərin hazırlanması;
  • Tədqiqat və yeni hücum metodologiyalarının öyrənilməsi və tətbiqi.

Tələblər:

  • İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya əlaqəli sahədə ali təhsil;
  • Red Team / Offensive Security sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Liderlik bacarıqları və komanda idarəetmə təcrübəsi;
  • OSCP, OSCE, OSEP, CRTO, CRTP, eCPTX, Red Team Operator və ya digər müvafiq sertifikatlar əlavə üstünlük sayılır;
  • Offensive Security alətləri ilə peşəkar işləmə bacarığı;
  • Adversary Emulation Framework-lərlə işləmə bacarığı;
  • Malware development, obfuscation, AV/EDR bypass texnikaları;
  • Windows və Linux əməliyyat sistemlərinin dərin bilikləri;
  • Active Directory təhlükəsizlik zəiflikləri üzrə dərin anlayış;
  • Scripting bilikləri (Python, PowerShell, Bash, və s.);
  • Networking və protokollar üzrə bilik (TCP/IP, DNS, HTTP, SMB, və s.).

Biz nə təklif edirik:

  • İş yeri: Dreamland Baku
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
  • İş mühiti: Regionun aparıcı bank şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit

 

Müraciət:

Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kiber təhlükəsizlik üzrə baş mütəxəssis (Red Team) - 27261” qeyd etməyiniz xahiş olunur.