Talep No:  24865

Komplayns üzrə şöbə rəhbəri

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Tələblər:

  • Ali təhsil (İqtisadi və/və ya Texniki);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Əla;
  • Bank proqramı biliklər;
  • Bank fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericilik və normativ aktlarını bilmək.
  • Müvafiq sahədə sertifikatların olması üstünlükdür.
  • Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • Problemləri həll etmək bacarığı olmalı. 

İş haqqında məlumat:

  • Şöbənin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının tələblərinə və Bankdaxili reqlamentlərin tələblərinə uyğun aparılmasını, həmçinin bank sirrinin qorunmasını təmin etmək;
  • Şöbənin fəaliyyəti ilə bağlı illik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
  • Şöbənin işi ilə əlaqədar treninqlər planı üçün təkliflər hazırlamaq və departament müdirinə, ƏL/TMM üzrə Məsul Şəxsə təqdim etmək;
  • Şöbənin fasiləsiz iş rejimini təmin etmək məqsədilə işçilərin bir-birilərini əvəz etmələri üçün vəzifələrini keyfiyyətli şəkildə icra edəcək lazımi savada, bacarığa, peşə təcrübəsinə və yararlılığına malik kadr heyətini Bankın insan resursları siyasətinə uygun qaydada yetişdirmək;
  • Üst rəhbəri ilə razılaşdırdıqdan sonra Şöbənin işləri və ya yeniliklər barədə aidiyyatı struktur bölməsi ilə razılaşdırmaqla, digər struktur bölmələri üçün təlimlər keçirmək;
  • Qanunvericilik, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, həmçinin rəhbərlər tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra etmək;
  • “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” haqqında qanunvericilikdən və bankdaxili qaydalardan irəli gələn vəzifələri yerinə yetirilməsinə nəzarət etmək;
  • Bank tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqinin aparılmasını, cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Maliyyə Monitorinq Xidmətinə təqdim olunmasını təmin etmək;
  • ƏL/TMM sahəsində əməkdaşların yol verdikləri prosedur pozuntuları barəsində rəhbərliyi məlumatlandırmaq;
  • ƏL/TMM sahəsində fəaliyyətlə bağlı bank tərəfindən istifadəsinə verilmiş proqram alətlərinin istifadəsini, təkmilləşdirilməsini təmin etmək;
  • Bankda ƏL/TMM sahəsi üzrə fəaliyyətin qanunvericiliyə, regulyatorların tələblərinə və beynəlxalq standartlara uyğunluğunu mütəmadi yoxlamaq, inkişaf yönlü təkliflər vermək və qəbul olunmuş təkliflər üzrə işlərin icrasını təmin etmək.
  • Mütəmadi olaraq şöbənin fəaliyyət sahəsi ilə bağlı ümumi bank üzrə Risk Qiymətləndirməsini aparmaq, nəticəsi haqda departament müdiri və ƏL/TMM üzrə Məsul şəxslə məlumat və təklifləri təqdim etmək.
  • ƏL/TMM sahəsi üzrə strukturlardan daxil olmuş sorğuların cavablandırılmasını təmin etmək.
  • Bankda icra olunan əməliyyatlar, müştəri məlumatları, sahəsi üzrə istifadə olunan proqram təminatları və ümumilikdə ƏL/TMM sahəsi üzrə tələblərlə bağlı davamlı monitorinqlər aparmaq.
  • ƏL/TMM üzrə Məsul Şəxs tərəfindən təqdim olunmuş şəxslər və əməliyyatlar (Maliyyə Monitorinq orqanı sorğuları və digər ƏL/TMM səbəblərindən) üzrə araşdırmalar aparmaq və məlumatları Məsul Şəxsə təqdim etmək.
  • ƏL/TMM sahəsində fəaliyyət üzrə əməkdaşlara ən azı 2 ildə bir dəfə olmaqla təlimlərin keçirilməsini təmin etmək;
  • “Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə Əməletmə Aktı (“FATCA”) –nın tələblərini yerinə yetirmək .
  • Ümumi Hesabatlılıq Standartının (Common Reporting Standard – CRS) –nın tələblərini yerinə yetirmək.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Servis xidməti mövcuddur;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  cv@azersun.com  elektron ünvanına göndərə  bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Komplayns üzrə şöbə rəhbərigöstərməyiniz xahiş olunur