Komplayns üzrə mütəxəssis
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
Tələblər:
- Ali təhsil;
- Ödəniş Kartları, Ekvayrinq və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Təcrübə: minimum 2 il (Kredit və aidiyyəti sahələrdə);
- Analitik düşünmə qabiliyyəti, təhlil və hesabat vermə, problemləri müstəqil həll etmə qabiliyyəti.
İş haqqında məlumat:
- Şöbə daxili iş bölgüsünə və struktur rəhbərinin ƏL/TMM üzrə Məsul Şəxsin tapşırıqlarına əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericilikdən və bankdaxili qaydalardan irəli gələn vəzifələri yerinə yetirmək;
- Bankın müvafiq Screening Modulu üzrə təsbit edilmiş əməliyyatları araşdırmaq, təsdiq/imtina etmək;
- Müştəri Xidmətləri Strukturları tərəfindən təqdim olunmuş Hüquqi şəxslərin konvertasiya əməliyyatları ilə bağlı müraciətləri analiz etmək təsdiq/imtina etmək;
- Bankın aidiyyəti əməliyyatlara nəzarət strukturu tərəfindən təqdim olunmuş müraciətlər əsasında Hüquqi şəxs hesablarından fiziki şəxs hesablarına daxil olma əməliyyatları üzrə araşdırma aparmaq və rəy bildirmək;
- Bankın avtomatlaşdırılmış məlumat sistemləri və müvafiq strukturları tərəfindən təqdim edilmiş müraciətlər əsasında Qeyri-Hökumət təşkilatı olan müştərilərin əməliyyatlarını öncədən araşdırmaq və icrası ilə bağlı rəy bildirmək;
- Nağdsız Hesablaşmalarla bağlı Azərbaycan Respublikası qanununun tələblərinin icrasına nəzarətlə bağlı Vergi ödəyicisi olan müştərilərin müəyyən edilmiş aylıq nağd hesablaşma limitlərinin üzərində fiziki şəxslərdən aldığı məhsullarla bağlı və eyni zamanda mövsümi işçilərin əmək haqqlarının ödənilməsi ilə bağlı əməliyyatlarına nəzarət etmək, əməliyyatlarla bağlı aktları yoxlamaq, reyestrini aparmaq və əməliyyatlar üzrə öncədən rəy bildirmək;
- Nağdsız Hesablaşmalarla bağlı Azərbaycan Respublikası qanununun tələblərinin icrasına ƏL/TMM yönündən nəzarət etmək;
- Müştəri Xidmətləri strukturlarının müraciətləri əsasında banka hesab açılması üçün müraciət etmiş hüquqi şəxslərlə bağlı ƏL/TMM üzrə araşdırma aparmaq və rəy bildirmək;
- Sanksiya tətbiqləri barədə yenilikləri izləyərək və eyni zamanda aidiyyəti əməliyyat strukturlarının müraciətləri əsasında müştərilər və müxbir əlaqələr qurulması ehtimalı olan banklarla bağlı araşdırmalar aparmaq və rəy bildirmək;
- ƏL/TMM sahəsi üzrə Müştəri Xidmətləri strukturlarından daxil olmuş sorğuları cavablandırmaq, əməliyyatlar üzrə rəy bildirmək və metodoloji dəstək göstərmək;
- Aylıq olaraq Mərkəzi Banka QHT müştərilərin əməliyyatları üzrə hesabat təqdim etmək;
- Müxbir banklardan daxil olmuş ƏL/TMM sorğularının cavablandırılması üzrə işləri icra etmək.
- Bankın ƏL/TMM üzrə daxili qaydalarının tələblərinə əsasən Bank tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqini aparmaq, cari və şübhəli əməliyyatlar barədə PL/TMM üzrə Məsul Şəxsi məlumatlandırmaq və müvafiq tapşırıqlarını yerinə yetirmək.müvafiq hesabatları hazırlayaraq Maliyyə Monitorinq Xidmətinə təqdim etmək;
- ƏL/TMM sahəsində fəaliyyət üzrə əməkdaşlara ən azı 2 ildə bir dəfə olmaqla təlimlərin keçirilməsində iştirak etmək;
- ƏL/TMM sahəsində əməkdaşların yol verdikləri bank daxili qaydaların qanun pozuntuları barəsində rəhbərliyi ƏL/TMM üzrə Məsul Şəxsi məlumatlandırmaq və müvafiq tapşırıqlarını yerinə yetirmək;
- ƏL/TMM sahəsində fəaliyyətlə bağlı bank tərəfindən istifadəsinə verilmiş proqram alətlərinin istifadəsi, təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmək;
- Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə əməletmə Aktı( “ FATCA”)-nın və Ümumi Hesabatlılıq Standartının (Common Reporting Standard – CRS) –nın tələbləri ilə bağlı “Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə Əməletmə Aktı (“FATCA”) –nın tələblərini yerinə yetirmək;
- Ümumi Hesabatlılıq Standartının (Common Reporting Standard – CRS) –nın tələblərini yerinə yetirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Komplayns üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur