Komplayns şöbəsinə təcrübəçi

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Tələblər:

  • Ali təhsil (İqtisadi və/və ya Texniki);
  • Azərbaycan, İngilis və rus dilləri (digər dil biliklərinin olması üstünlük təşkil edir);
  • Microsoft Office proqramları;
  • Hesabat hazırlama bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı,

 

İş haqqında məlumat:

  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericilikdən və bankdaxili qaydalardan irəli gələn vəzifələri yerinə yetirmək;
  • ƏL/TMM sahəsində fəaliyyət üzrə əməkdaşlara ən azı ildə bir dəfə olmaqla təlimlərin keçirilməsində iştirak  etmək;
  • ƏL/TMM sahəsində əməkdaşların yol verdikləri qanun pozuntuları barəsində rəhbərliyi məlumatlandırmaq;
  • ƏL/TMM sahəsində fəaliyyətlə bağlı bank tərəfindən istifadəsinə verilmiş proqram alətlərinin istifadəsi, təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmək;

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri:

  • Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində Komplayns şöbəsinə təcrübəçi” qeyd etməyiniz xahiş olunur.