Korporativ katib

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

Tələblər:

  • Ali təhsil (Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə);
  • Maliyyə və ya hüquq sahəsi üzrə 3 (üç) illik iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – əla, Rus- yaxşı, İngilis dili- Orta;
  • Yüksək səviyyəli kommunikasiya bacarıqları (həm yazılı, həm də şifahi);
  • Konfidensiallığı qorumaq qabiliyyəti, nəzakətli və həssas davranış;
  • Məsuliyyətlilik və işdə dəqiqlik.

Vəzifə öhdəlikləri:

  • Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının planlanması, çağırılması və keçirilməsini təmin etmək;
  • Həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl iştirakçıları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
  • Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək;
  • Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
  • Sığortanın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən edilməsində iştirak etmək;
  • Müşahidə Şurasının sədri ilə birgə sığortanın korporativ idarəetməsinin sığortanın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək;
  • Müşahidə Şurası üzvlərinin peşəkar inkişafını təmin etmək, o cümlədən təlimlər təşkil etmək və lazımi dəstək göstərmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Korporativ katib" qeyd etməyiniz xahiş olunur.