Landşaft texniki

Müəssisə:  XƏYAL ADASI MMC

Vakansiya: Landşaft üzrə texnik
Tələblər

•  Memarlıq üzrə ali təhsil;
•  Peyzaj memarlığı sahəsində təcrübəsi olmalı;
•  MS Office, AutoCad , Audobe Photoshop, Sketchup, 3DMax proqramlarla işləmək bacarığı olmalı
•  İngilis və rus dili biliyi üstünlükdür

 

İş haqqında məlumat: 

•  Ətraf mühitə uyğun bəzək bitkilərinin seçilməsi;
•  Mövsümə görə seçilmiş bitkilərin əkilməsi;
•  Landşaft dizaynında istifadə olunacaq uyğun materialların seçilməsi;
•  Əkilmiş bitkilərin gübrələmə, budama və suvarılması kimi fəaliyyətlərin planlaşdırılmasında və icrasında landşaft memarına köməklik göstərmək;
•  Torpaq xüsusiyyətlərinin və quruluşunun təşkilinin əlaqələndirilməsi;
•  Müxtəlif bəzək bitkilərinin istehsalı və satışı kimi işlərdə işləmək;
•  Sahə yoxlamaları aparmaqla atılacaq addımları müəyyənləşdirir və işlərini yeniləyir;
•  Ətraf mühitin mühafizəsi tədbirlərini görmək;
•  Ətraf mühitin mühafizəsi məsələləri üzrə məsləhətlərin verilməsi və ətaf mühitə dair hesabatları təhlil edərək risklərə qarşı müvafiq tədbirlər görmək;
•  Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
•  Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək.


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Landşaft üzrə texnik” qeyd etməyiniz xahiş olunur.
 
İş yeri: 
Dreamland (Bakı şəhəri)
 
Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.