Müştəri xidmətləri üzrə mütəxəssis
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis- arzuolunandır;
- Microsoft Office (Excel, Word, Outlook,)- Əla;
- Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Problemləri həll etmək bacarığı olmalı.
İş haqqında məlumat:
- Baş vermiş hadisə və sığorta ödənişi ilə bağlı elektron məlumat bankı (baza) yaratmaq və ondan istifadə etmək;
- Hadisənin səbəbi və nəticələri barədə səlahiyyətli dövlət orqanlarına rəsmi sorğunun göndərilməsində iştirak etmək;
- Sığorta hadisəsi ilə bağlı müvafiq sənədlərin toplanmasında iştirak etmək;
- Bildirişləri, məlumatlandırma məktublarını tərtib etmək;
- Bank rekvizitlərinin düzgün olub olmamasının yoxlamaq;
- Sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müştərilə əlaqənin qurmaq;
- Sığorta işini ödəniş üçün maliyyə departamentinə təhvil vermək;
- Sənədlərin dövriyyəsini və arxivləşdirilməsini həyata keçirmək;
- Sığorta hadisəsi ilə bağlı müvafiq sənədləri toplamaq, yoxlamaq, rəsmiləşdirmək və ödənişə hazırlamaq;
- Sığorta hadisəsi ilə bağlı daxil olan müraciəti daxili proqramda qeydiyyata salmaq;
- Şikayət və təkliflərin qeydiyyatını aparmaq və cavablandırılmaq.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.