Mühəndis konstruktor
Vakansiya: Mühəndis konstruktor
Tələblər:
• İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
• Müvafiq sahəyə uyğun konstruktor olaraq ən az 2-3 il iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
• Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
• Lira-Sapr proqramını yaxşı bilməli;
• Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
• Müəllif nəzarəti jurnalının formalarının tərtibi qaydalarını bilməli;
• Dəmir - beton , metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir,
• Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir,
• MS Office proqramları, AutoCAD, Tekla Structure, Sap, 3DsMAX və s.
İş haqqında məlumat:
• Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
• Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
• Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
• Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
• Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
• Metal konstruksiya , dəmir beton konstruksiya , taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
• Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
• Müxtəlif mexanizm və qurğuların, ştampların və presformaların 3D modelləşdirilmə layihələrini işləyib hazırlamaq;
• Onların müxtəlif hesablama ilə dözümlülüyünü yoxlamaq;
• 2D cizgiləri hazırlamaq və arxivləşdirmək;
• Nümunəvi detal və ya mexanizmləri ölçmək və cizgilərini işləmək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühəndis konstruktor" qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.