İnşaat layihə mühəndisi

Müəssisə:  İNNOVA KONS. & KONTR. MMC

Vakansiya: İnşaat layihə mühəndisi 

Tələblər:

•  İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;

•  Müvafiq sahəyə uyğun konstruktor olaraq ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)

•  Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;

•  Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;

•  Müəllif nəzarəti jurnalının formalarının tərtibi qaydalarını bilməli;

•  Dəmir - beton , metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir,
•  Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir,

• MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, Sap, 3DsMAX və s.


İş haqqında məlumat:  

 

•  Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,

•  Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;

•  Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;

•  Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;

•  Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək

•  Metal konstruksiya , dəmir beton konstruksiya , taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi;

•  Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.

•  Müxtəlif mexanizm və qurğuların, ştampların və presformaların 3D modelləşdirilmə layihələrini işləyib hazırlamaq;

•  Onların müxtəlif hesablama ilə dözümlülüyünü yoxlamaq;

•  2D cizgiləri hazırlamaq və arxivləşdirmək;

•  Nümunəvi detal və ya mexanizmləri ölçmək və cizgilərini işləmək. 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnşaat layihə mühəndisi " qeyd etməyiniz  xahiş olunur.
 
İş Qrafiki: Həftə içi 5 gün 
İş Yeri: Bakı şəhəri
 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.