Mühasib

Müəssisə: 

Vakansiya: Mühasib

Tələblər: 

•    Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
•    Mühasib kimi ən azı 1-2 il iş təcrübəsi;
•    Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
•    Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
•    MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
•    Ezamiyyətə gedə bilməli

 

İş haqqında məlumat:  

•    Vergi, statistika və DSMF hesabatların hazırlanması;
•    Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
•    Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
•    Əsas vəsaitlərin qəbul və ləğv edilməsi
•    Yeni işə alınan xarici vətəndaşların dövlet rüsumlarının ödənilməsi və hesabtlarının təqdim edilməsi
•    İnkşaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək
•    Satınalama tərəfindən sənədlari qəbul etmek, yoxlamaq, təsdiq etmək və ödəniş üçün göndərmək
•    Kasa və bank əməliyyatlarının aparılması

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.

 

İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00

İş Yeri: Bakı şəhəri

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.