Talep No:
26121
Mühasib
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Vəzifə öhdəlikləri:
- Rəsmi daxil olan pul vəsaitlərinin sistemə işlənməsi;
- Digər kreditor və debitorlar ilə üzləşdirmələrin aparılması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;(rüblük,illik);
- Aylıq, rüblük və illik statistika, DSMF, ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunması;
- Konvertasiya əməliyyatlarını həyata keçirmək və mühasibat uçotunda əks etmək;
- Gündəlik banklarda olan depozitlər və cari hesablar üzrə hesabat hazırlamaq;
- Rəhbərliyin tələbi digər hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahələrində);
- Azərbaycan dilində sərbəst, əlavə xarici dil bilikləri üstünlük hesab olunur;
- Kompüter bacarıqları: Microsoft Office proqramları (Excel, Word, Outlook) – yaxşı səviyyədə;
- 1C proqramında sərbəst işləmə bacarığı;
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi üzrə biliklər;
- Mühasibat uçotu və müxabirləşmələr üzrə biliklər;
- Analitik düşüncə və güclü təhlil qabiliyyəti;
- İşin planlaşdırılması və təşkil edilməsi bacarığı;
- Detallara diqqət, davamlı öyrənməyə və inkişaf etməyə meyillilik;
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Gümüş Plaza
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Mühasib" qeyd etməyiniz xahiş olunur.