Mühasib

Müəssisə:  İNNOVA KONS. & KONTR. MMC

Vakansiya: Mühasib
Tələblər:

 

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Mühasib kimi ən azı 1-2 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
  • Ezamiyyətə gedə bilməli

 

 İş haqqında məlumat

 

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Əsas vəsaitlərin qəbul və ləğv edilməsi
  • Yeni işə alınan xarici vətəndaşların dövlet rüsumlarının ödənilməsi və hesabtlarının təqdim edilməsi
  • İnkşaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək
  • Satınalama tərəfindən sənədlari qəbul etmek, yoxlamaq, təsdiq etmək və ödəniş üçün göndərmək
  • Kasa və bank əməliyyatlarının aparılması

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.

İş şərtləri:

 

  • Həftə içi 5 gün, 09:00-18:00

Ünvan:

Bakı şəhəri


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.