Məlumat mərkəzi üzrə mütəxəssis

Müəssisə:  BAKI PLAZA TURIZM İŞL MMC

Vakansiya: Məlumat mərkəzi üzrə mütəxəssis

 

Namizədə olan tələblər:

  • Ali təhsil
  • İngilis dili orta səviyyə
  • Rus dili orta səviyyə
  • Microsoft Office
  • Aidiyyatı üzrə iş təcrübəsi olması arzuolunandır.

 

İşin təsviri:

  • Qonaqlar tərəfindən daxil olan müraciətləri qəbul etmək və sualları cavablandırmaq.
  • Ticarət mərkəzinin ən son yenilikləri və kompaniyaları haqqında telefonla və ya gələn qonaqlara və məlumat vermək.
  • Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək.
  • Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək.
  • Parkinq ilə bağlı müraciət edən müştərilərə ödəmə qaydalarını izah etmək, ödəmə terminallarını yerini göstərmək və alternativ ödəmə üsullarını(online) izah etmək.
  • İnfo monitorun işlək olmasına nəzarət və məlumatların yenilənməsi üçün aidiyyatı struktur və şəxslərlə məlumat vermək.

 

İş qrafiki:

  • 5 günlük iş rejimi 
  • İş saatı 12:00-21:00 
  • İstirahət günü: Həftəiçi 2 gün

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar xidməti şirkət tərəfindən təmin edilir

İş yeri:

  • Bakı şəhəri
  • Park Bulvar 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Məlumat mərkəzi üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.