Talep No:
26220
Mərkəzi əməliyyatlar üzrə təcrübəçi
Müəssisə:
AZ SƏNAYE BANKI ASC
İş haqqında məlumat:
- Kreditlərin rəsmiləşdirilməsinin bankdaxili qaydalara və qəbul edilmiş qərara uyğunluğunu və kredit dosyelərinin tərkibini yoxlamaq;
- Göstərilmiş kredit/kredit kartlara görə komisyon haqqlarının təyinatı üzrə tutulmasını yoxlamaq;
- Verilmiş bütün kredit məhsulları üzrə təminatları sistemə daxil etmək və çıxarmaq (təyinatı üzrə);
- Filiallardan daxil olan kredit kart müraciətlərinə əsasən müvafiq sənədləri yoxlamaq;
- Filiallardan daxil olan müştəri müraciətlərinə əsasən kredit qrafiklərini yeniləmək və ya müddəti artırmaq;
- Dövlət orqanları tərəfindən göndərilmiş icrası məcburi olan sərəncamların qanunvericiliyin tələblərinə və daxili prosedurlara uyğun olaraq icrası üçün lazımı işləri yerinə yetirmək;
- Dövlət orqanları tərəfindən göndərilmiş sorğuların qanunvericiliyin tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş qaydada cavablandırmaq;.
- Açılmış cari hesablar üzrə sənədlərin qanunvericiliyə, bankdaxili qaydalara uyğun olmasını, tamlığını və düzgünlüyünü yoxlamaq;
- Açılmış cari hesablar üzrə məlumatların və sənədlərin bank sistemində düzgünlüyünü və tamlığını yoxlamaq.
Tələblər:
- Ali təhsil (Hüquqi, İqtisadi və ya Texniki)
- Azərbaycan, İngilis və rus dilləri (digər dil biliklərinin olması üstünlük təşkil edir);
- Microsoft Office proqramları
- Əməliyyatın mahiyyətini, risklərini anlamaq qabiliyyəti, bilgiləri inkişaf etmək, yeni biliklər almağa meyilli olmaq, işi tez bir zamanda qavramağa həvəsli olmaq, işgüzar yazışma aparmaq qabiliyyəti, analitik düşünmə, işə həvəsli, diqqətli olmaq, iyi niyyətli, mədəni, etibarlı olmaq
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Təcrübə proqramı ödənişlidir;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər;
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mərkəzi əməliyyatlar üzrə təcrübəçi” göstərməyiniz xahiş olunur.