Məsul aktuari
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – əla; Türk, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməsi üstünlükdür;
- Analiz etmə, risk qiymətləndirilməsi alqoritmlər qurma bacarıqları;
- İqtisadi biliklərə sahib olmaq və Sığorta qanunvericiliyini bilmək;
- Aktuari şəhadətnaməsi olması mütləqdir.
Vəzifə öhdəlikləri:
- Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuları hazırlamaq;
- Hər bir sığorta sinfi üzrə və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsini hesablamaq;
- Ümumi sığorta sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi və tələb olunan kapitalını hesablamaq;
- İnvestisiya siyasətinə nəzarət etmək;
- Sığorta ehtiyyatlarını hesablamaq (qazanılmamış sığorta ehtiyatları, baş vermiş lakin bildirilməmiş zərərlər ehtiyatı, bildirilmiş lakin tənzimlənməmiş zərərlər ehtiyatı, şərti öhdəliklər və sabitləşdirici ehtiyat);
- Hər bir sığorta sinifinə görə və ümumi şirkət üzrə zərərlik dərəcəsini hesablamaq;
- Tələb olunan kapital-Şirkətin sığorta fəaliyyəti ilə məşğul ola bilməsi üçün lazım olan kapitalı hesablamaq;
- Hər bir müştəri üzrə, nümayəndəlik üzrə, təkrarsığortalı üzrə, təkrarsığortaçı üzrə, korporativ müştərilər üzrə zərərləri hesablamaq;
- Qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta məhsullarının qiymətlərinin müəyyən edilməsində bilavasitə iştirak etmək;
- Rəhbərliyin qərarına və Maliyyə Nazirliyinin sığorta ehtiyatlarının formalaşdırılması, sığortaçının zərərlilik dərəcəsinin hesablanması, tələb olunan kapitalının, investisiya fəaliyyətinin müəyyən edilməsi üzrə sığorta fəaliyyətinin tənzimlənməsi barədəki normativ sənədlərə uyğun hesabatları hazırlamaq;
- Aktuar hesabatlar üzrə operativ və təşkilati sənədləri hazırlamaq;
- Sığorta növlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırmaq;
- Aktuar işinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Aktuar hesablamalar üzrə Cəmiyyətin digər struktur bölmələrinin sorğularına cavab verən hesabatlar hazırlamaq;
- Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadısələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərin yenidən baxılması üçün təkliflər vermək;
- Sığorta şəhadətnamələri və onlara edilən əlavələr üzrə sığorta haqlarının alqoritmini hazırlamaq və yoxlamaq;
- Agentlərə və zərərlərin tənzimlənməsi struktur bölmələr verilən motivasiyaların hesablanmasında iştirak etmək;
- Azərbaycan Respublikası Mərkəzi Bankına verilən hesabatları hazırlamaq;
- Sığorta portfeli üzrə qısa və orta müddətli proqnozları vermək;
- Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamaq;
- Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilən hallar barədə sığortaçının İdarə Heyətini və Direktorlar Şurasını xəbərdar etmək, bu istiqamətdə tədbirlər görülmədikdə, bu barədə sığorta nəzarəti orqanına yazılı məlumat vermək;
- Qanunvericilikdə nəzərdə tutulmuş hallarda aktuari rəyi hazırlamaq;
- Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamalar aparmaq və təkliflər hazırlamaq;
- Sığortaçının məcmu kapitalının və öz vəsaitini hesablamaq;
- Sığorta sinifləri üzrə sığorta tarifini hesablamaq və təklifləri hazırlamaq.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Məsul aktuari" qeyd etməyiniz xahiş olunur.