Maliyyə Analiz üzrə Şöbə müdiri

Müəssisə:  AZ KAĞIZ VƏ KARTON MMC

Vakansiya: Maliyyə Analiz üzrə Şöbə müdiri

Tələblər: 

  • Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
  • İstehsalat və ya sənaye sahəsində minimum 5 illik maliyyə təcrübəsi
  • Analitik düşüncə tərzi, detallara diqqət və güclü qərarvermə bacarığı
  • MS Excel, ERP sistemləri və maliyyə analiz alətləri ilə yüksək səviyyədə işləmək bacarığı
  • Komanda idarəetmə təcrübəsi
  • Azərbaycan dili səlis, İngilis dili bilikləri üstünlükdür

 

Vəzifə Öhdəlikləri:

  • Şirkətin maliyyə göstəricilərinin təhlili və dövri hesabatların hazırlanması
  • İstehsalat xərclərinin analizi və optimallaşdırılması üzrə təkliflərin verilməsi
  • Müəssisənin faəliyyət istiqamətinə əlavə olan sahələr üzrə biznes planın  hazırlanması, xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılması üzrə işlərin aparılması, 
  • Maliyyə modellərinin qurulması və gəlir/proqnoz analizlərinin aparılması
  • İllik büdcənin hazırlanması və icrasının izlənməsi
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrufat maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun nəticələrini analiz edilib, raporların hazırlanması
  • Maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;

 


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Maliyyə Analiz üzrə Şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.

 

İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Xırdalan şəhəri

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.