Talep No:  27552

Maliyyə Analizi üzrə Baş Mütəxəssis

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Vakansiya: Maliyyə Analizi üzrə Baş Mütəxəssis


Tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Aidiyyatı sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
  • Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
  • Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
  • Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
  • Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür
  • Xarici Auditor təcrübəsinin olması üstünlükdür

 

İş haqqında məlumat: 

  • Maliyyə cədvəllərinin hazırlanması;
  • Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
  • Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
  • Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
  • Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
  • Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
  • Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
  • Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
  • Maliyyə riskinin müəyyən edilməsi.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Maliyyə Analizi üzrə
Baş Mütəxəssis - 27552” qeyd etməyiniz xahiş olunur.

 

İş Qrafiki: Həftə içi 5 gün

 

İş Yeri: Bakı şəhəri

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.