Maliyyə və risklərin idarə olunması üzrə təcrübəçi
Müəssisə:
AZƏRSUN HOLDINQ MMC
Tələblər:
- Ali təhsilli (Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi);
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Məntiqi və analitik düşünmə tərzi;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
İş haqqında məlumat:
- Gündəlik maliyyə və bank əməliyyatlarını izləmək;
- Ödəniş siyahılarını müntəzəm olaraq mərkəzi maliyyə komandası ilə hazırlamaq və təqib etmək;
- Qrupdaxili, qrupdankənar cari hesabların üzləşdirilməsinin aparılması;
- Gündəlik pul vəsaitlərinin hərəkətini izləmək, pul vəsaitlərinin hərəkəti ilə bağlı nəzarətçi tərəfindən tələb olunan hesabatları hazırlamaq;
- Bank kredit əməliyyatını həyata keçirmək, nəticələrini izləmək və hesabat vermək;
- Manat və xarici valyutada aparılan kredit əməliyyatlarına nəzarət etmək və ödənişləri həyata keçirmək;
- Müəssisənin öhdəlikləri çərçivəsində təxirə salınmış ödənişləri və debitor borclarını izləmək, mümkün pul vəsaitlərinin hərəkəti riskləri barədə nəzarətçini məlumatlandırmaq;
- Rəhbər tərəfindən tələb olunan maliyyə hesabatlarını hazırlamaq;
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Təcrübə proqramı ödənişlidir;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər;
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə və risklərin idarə olunması üzrə təcrübəçi” göstərməyiniz xahiş olunur
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.