Talep No:
27290
Marketinq şöbə müdiri
Müəssisə:
AL MARKET MMC
Namizədə tələblər:
- Ali təhsil (Marketinq, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə);
- Marketinq sahəsində minimum 5 il, idarəçi vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri və platformaları üzrə dərin biliklər (Google Ads, Meta Ads, SEO, analitika və s.);
- Kreativ düşüncə tərzi və analitik bacarıqlar;
- Reklam, PR və media planlaşdırması sahəsində praktiki təcrübə;
- Komandaya rəhbərlik etmək, işləri planlamaq və icrasına nəzarət etmək bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Azərbaycan dilində sərbəst, ingilis dili və rus dili bilikləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Reklam, video və foto çəkilişlərin planlanması, icrası və keyfiyyətinə nəzarət etmək;
- Şirkətin ümumi strateji hədəflərinə uyğun olaraq rəqəmsal marketinq strategiyasını və büdcəsini aylıq əsasda planlamaq və icrasına nəzarət etmək;
- Rəqəmsal reklam kanallarında (Google Ads, Google Display Network, Facebook, Instagram və digər sosial şəbəkələr) kampaniyaların planlanması, idarə edilməsi və nəticələrinin izlənməsi;
- Kampaniya postlarının, videolarının və digər kontentin yaradılmasına nəzarət etmək;
- Reklam nəticələrinin analitik təhlilini aparmaq, nəticələrə uyğun kampaniyaları optimallaşdırmaq;
- Rəqiblərin marketinq fəaliyyətlərini izləmək, alternativ reklam imkanlarını araşdırmaq və müvafiq təkliflər təqdim etmək;
- Rəqəmsal trendləri izləmək, kreativ ideyalar hazırlamaq və tətbiqi ilə bağlı təkliflər vermək;
- “Influencer” marketinq planlarını hazırlamaq, uyğun şəxslərlə əməkdaşlıqları təşkil etmək və kampaniyaların icrasına nəzarət etmək;
- Sosial media hesablarının idarə olunması, kontent və paylaşım planının hazırlanması və icrası;
- Yeni PL məhsullar üçün ad seçimi, dizayn işlərinin agentliklə koordinasiyası və icrasına nəzarət etmək;
- Outdoor reklamların (metrolar, Asan Xidmət mərkəzləri və s.) aylıq planlanması və agentliklə icrasının təmin olunması;
- PR və reklam materiallarının (dərgilər, holdinq daxilindəki imkanlar, televiziya, xəbər saytları və s.) hazırlanması və yayımlanmasına nəzarət etmək;
- Televiziya və xəbər saytlarında PR xəbərlərinin, reklam sujetlərinin hazırlanmasını və yayımlanmasını təşkil etmək;
- Korporativ sosial məsuliyyət layihələrinin planlanması və həyata keçirilməsi;
- Marketinq şöbəsinin ümumi fəaliyyətinə rəhbərlik etmək, komanda işini təşkil etmək və qarşıya çıxan məsələlərin həllini təmin etmək;
- Rəhbərliyin tapşırıqları əsasında yeni layihələrin araşdırılması, planlanması və icrasını təşkil etmək.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü:
Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq şöbə müdiri Al Market - 27290” qeyd etməyiniz xahiş olunur.