Talep No:
26812
Metroloq
Müəssisə:
AZƏRSUN HOLDINQ MMC
Əsas öhdəliklər:
- “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və müvafiq iş təlimatlarına uyğun olaraq
- “Azərsun Holdinq” MMC daxilində bütün fabrik və müəssisələrdə metroloji təminat üzrə işləri yerinə yetirir, istismarda olan ölçmə vasitələrinin kalibrlənməsini (sınaqdan keçirilməsini) təmin etməlidir;
- Holdinq müəssisələrinin metroloji təminatının yaxşılaşdırılması, ölçmə vasitələri və sınaq avadanlıqlarının təkmilləşdirilməsi istiqamətində yeni təklif və layihələrin hazırlanmasında iştirak etməlidir;
- Holdinq müəssisələrində istismar olunan və istismara yeni daxil edilən ölçmə vasitələrinin kalibrlənməsi dövriliyini müəyyən edir və bunun yerinə yetirilməsi üçün təqvim-cədvəl hazırlamalıdır;
- Ölçmə vasitələrinin vaxtaşırı (dövlət və beynəlxalq standartlara, mövcud normativ sənədlərə və iş təlimatlarına uyğun) kalibrlənməsini yerinə yetirməlidir;
- Alınan nəticələri laboratoriya iş dəftərində qeyd edir, kalibrləmə nəticələrindən ibarət protokol və kalibrləmə sertifikatı tərtib edir. Lazım gəldikdə müvafiq qurumlara bildirməlidir;
- Cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirməlidir;
- İş yerini, istifadə etdiyi avadanlığı, cihazları təmiz və işə hazır vəziyyətdə saxlamalıdır;
- Lazım olan normativ sənədlərin, yoxlama metodikalarının hazırlanmasını və razılaşdırılaraq təsdiq olunması üzrə işləriyerinə yetirməlidir;
- Holdinq müəssisələrində mühəndis texniki sənədlərin metroloji ekspertizasını həyata keçirməlidir;
- Yeni ölçmə vasitə və metodlarının seçilməsi üzrə işləri yerinə yetirməli, onların yerinə yetirilməsi metodikasını işləyib hazırlamalıdır.
- Xüsusi təyinatlı ölçmə vasitələrinin işlənib hazırlanmasında iştirak etməlidir;
- Nəzarət-ölçü cihazlarının vəziyyəti ilə əlaqədar texnoloji prosesdə yaranmış xətaların səbəblərinin analiz edilməsində və bu xətaların aradan qaldırılmasında iştirak etməlidir;
- Ölçmələrin dəqiqliyinin nizamlanması və daha da artırılması sahəsində dövlət və beynəlxalq standartların, digər normativsənədlərin tətbiq edilməsində iştirak etməlidir;
- Müəssisəyə yeni daxil olmuş ölçmə vasitələrinin texniki qəbulunu həyata keçirməlidir;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etməlidir.
- Qrup daxili, birim daxili, digər şöbələrlə, şirkət müəssisələri ilə və müvafiq dövlət qurumları ilə əlaqəli işləyir
- Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ölçmə vasitələrinin istismar və təmir edildiyi yaxud saxlandığı obyektlərə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmaq;
- Ölçmə vasitələrinin vəziyyətini, istismar və saxlanma şəraitini yoxlamaq;
- Ölçmə vasitələrinin dövlət sınaqlarında iştirak etmək;
- Metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarını qadağan etmək;
- Kalibrləmədən keçməyən ölçmə vasitələrinin istismarını qadağan etmək;
- Ölçmə vasitələri düzgün olmayan göstəricilər verdiyi halda kalibrləmə haqqında şəhadətnaməni və ya vurulmuş damğanı ləğv etmək;
- İnsanların həyatına , sağlamlığına , əmlakına , istehlakçıların hüquq pozuntusuna , ətraf mühitin təhlükəsizliyinə mənfi təsir göstərən hallarda , həmçinin ölçmə vasitələri metroloji qaydalara uyğun olmadığı hallarda ölçmə vasitələrini istismardan çıxarmaq;
- Metroloji qayda və normaların pozulmasının aradan qaldırılması müddətlərini göstərməklə tələbnamə vermək;
- Metroloji qayda və normaların pozulması haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlama aktı və ya protokol tərtib etmək;
- Ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərə qadağalar qoyulması haqqında tələbnamələr vermək;
- Vəzifə öhdəliklərinin tam olaraq yerinə yetirilməsi üçün lazım olan məlumatları və sənədləri, holdinq daxili müəssisələrdə və şöbələrdə bu sahə üzrə məsul şəxslərdən istəmək;
- Müəssisə rəhbərliyindən vəzifə öhdəliklərinin yerinə yetirilməsi üçün lazım olan təşkilati - texniki şəraitin yaradılmasını tələb etmək.
Tələblər:
- Universitet məzunu (Metrologiya və metroloji təminat və ya Cihaz mühəndisliyi ixtisasları üzrə, mühəndis metroloq). Temperatur ölçmə vasitələrinin kalibrlənməsi üzrə təlim almış namizədlərə üstünlük verilir.
- 2021-2025-ci il məzunu və ya ən azı 3 ay ixtisası üzrə iş təcrübəsi tələb olunur.
- İngilis dili; MS Ofis, xüsusi kalibrləmə proqramlarından istifadə edə bilməlidir.
- Fiziki dözümlülüyə və peşəkar iş mühitinə uyğunluğa malik olmalı.
- İsti və soyuq şəraitdə işləməyə davamlı olmalı, allergiya reaksiyası olmamalıdır
- Ezamiyyətlərdə iştirak etməyə, əlavə iş vaxtında və ya növbəli qrafiklə işləməyə hazır olmalı
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Azərsun Holding, (Mərkəz ofis)
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Metroloq - 26812" qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.