Mexaniki işlər üzrə mühəndis
Tələblər:
-
Mexanika mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil.
-
Tikinti və ya sənaye sahəsində mexaniki işlər üzrə ən azı 3 il təcrübə.
-
HVAC, su təchizatı, kanalizasiya və digər mexaniki sistemlər üzrə praktik biliklər.
-
Layihə sənədləri və texniki çertyojlarla işləmə bacarığı.
-
MS Office və AutoCAD (və ya digər mühəndislik proqramları) üzrə biliklər.
-
Komanda ilə işləmək, operativ qərar vermək və problemləri çevik həll etmək bacarığı.
Vəzifə öhdəlikləri:
-
Tikinti və istehsalat proseslərində mexaniki sistemlərin layihələndirilməsi, quraşdırılması və istismarına nəzarət etmək.
-
HVAC (isitmə, havalandırma və kondisioner), su təchizatı, kanalizasiya, nasosxanalar, sıxılmış hava və digər mexaniki avadanlıqların montaj və istismar işlərini təşkil etmək.
-
Layihə sənədlərinin və texniki çertyojların tələblərinə uyğun şəkildə işlərin icrasını təmin etmək.
-
İşçi qüvvəsinin fəaliyyətini koordinasiya etmək və texniki tapşırıqların vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək.
-
Mexaniki sistemlərin beynəlxalq standartlara, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək.
-
Layihə sənədlərinin hazırlanmasında və dəyişikliklərin idarə olunmasında iştirak etmək.
-
Avadanlıqların sınaqdan keçirilməsi, sazlanması və istismara verilməsini təmin etmək.
-
Aylıq və həftəlik iş hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək.
📍 İş yeri: Cəbrayıl rayonu
🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mexaniki İşlər üzrə mühəndis - 27287” qeyd etməyiniz xahiş olunur.