Talep No:
30757
Mexaniki təsisat ustası
Müəssisə:
BAKI PLAZA TURIZM İŞL MMC
Tələblər:
- Aidiyyati sahə üzrə Peşə məktəbi təhsili
- Sahə üzrə ən azı 2 il iş təcrübəsi.
- Mexaniki işlərlə əlaqəli bilik sahibi olmalıdır
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli
Vəzifə öhdəlikləri:
- Borulardakı sızmanın aradan qaldırılması
- Santexnika cihaz və parçalarının dəyişdirilməsi
- Su və kanalizasiya borularının kəsmə, birləşdirmə və bərpa işləri
- Drenaj və kanalizasiya quyularına nəzarət (daşma və tutulmaya qarşı)
- Kanalizasiya nasoslarının demontajı, təmizlənməsi və montajı
- Kanalizasiya və drenaj nasoslarının işinə və səviyyə şamandıralarının vəziyyətinə nəzarət
- Drenaj nasoslarının demontajı, təmizlənməsi və montajı
- Təmiz su depolarına (dolmama və daşmaya qarşı) və nasoslarına nəzarət
- Yanğın söndürmə xətlərinə, buradakı suyun təzyiqinə və sprinkler sisteminə nəzarət
- Yanğın nasoslarının yoxlanılması, yağ və filtrlərinin dəyişdirilməsi
- İsti su qazanlarının (3 ədəd, 8 bar) işinə nəzarət
- Su yumşaltma qurğularına nəzarət, yumşaltma duzunun verilməsi
- Pompa, kazan, isitmə və soyutma təsisatlarındaki pislik tutucuların ve dış sahədəki yağ tutucuların təmizlənməsi
- Dövriyyə pompaları baxımı və təmiri
- Yanğın pompaları baxımı və təmiri
- Drenaj və pissu pompaların baxımı
- Mexaniki işlər demontaj və montaj işləri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi insan.resurslari@parkbulvar.az elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mexaniki təsisat ustası - 30757” qeyd etməyiniz xahiş olunur.
İş qrafiki: Növbəli
İş yeri: Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.