Monitorinq mütəxəssisi

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Vakansiya: Monitorinq mütəxəssisi

Tələblər:

  • Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
  • Rus dili və İngilis dilini bilməsi üstünlükdür;
  • Microsoft Office proqramlarını bilməli;
  • Bankda Kredit və aidiyyəti sahələrdə minimum iş təcrübəsi 2 il;
  • Həm fərdi və həm qrup şəklində işləmək, analitik düşünmə qabiliyyəti, təhlil və hesabat vermə, problemləri müstəqil həll etmə qabiliyyəti.

 

İş haqqında məlumat: 

  • Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin ödənilməsinə nəzarət etmək və onların yığımının aidiyyəti strukturlar tərəfindən təmin edilməsi üçün zəruri işlərin görülməsini təşkil etmək;
  • Kreditlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək və vaxtaşırı monitorinqlər təşkil etmək;
  • Kreditlər üzrə təminatların vaxtaşırı monitorinqini və qiymətləndirilməsini təmin etmək;
  • Kreditlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq adi və məqsədli ehtiyatların aidiyyəti strukturlar tərəfindən yaradılmasına nəzarət etmək;
  • Kredit məhsulları üzrə təminatların bank sistemində uçotuna nəzarət etmək;
  • Kredit məhsullarının istifadəyə verilməsinin müvafiq qərarverici orqanların qərarlarına uyğun aparılmasına nəzarət etmək;
  • Kredit məhsulları üzrə bankın tətbiq etdiyi xidmət haqqı və yığımların düzgün icrasına nəzarət etmək;

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində 
Monitorinq mütəxəssisi qeyd etməyiniz xahiş olunur.


  

Azərsun Holdinq MMC


1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.