Planlama üzrə mütəxəssis 1
Vakansiya: Planlama üzrə mütəxəssis
Tələblər
• Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
• Minimum 3 illik planlama üzrə təcrübəyə sahib olmalı;
• MS Excel proqramını yaxşı səviyyədə bilməli;
• Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.
İş haqqında məlumat:
• Satınalma, sifariş və stok vəziyyətinin yoxlanılması.
• Tapşırıqların idarə edilməsi və resurslardan istifadə strategiyalarının idarə edilməsi.
• Şöbənin və təşkilat büdcəsinin hazırlanması.
• Maksimum performans və minimum gecikməni təmin etmək üçün əməliyyatların planlaşdırılması və prioritetləşdirilməsi.
• Məhsulun inkişaf komandası ilə koordinasiya etmək və digər şöbələrlə bütün əlaqəni idarə etmək.
• İstehsal, təchizat zənciri və anbar saxlama fəaliyyətlərinə dəstək vermək.
• Gələcək imkanların qiymətləndirilməsi əsasında sistem məqsədləri və dəstək strategiyalarının hazırlanması.
• Planlaşdırma ilə bağlı qanunvericiliyin şöbə layihələrinə tətbiqinin qiymətləndirilməsi.
• Fəaliyyətlərin planlaşdırılması çərçivəsində hesabatların yaradılması və müvafiq bölmələrə təqdim edilməsi.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş yeri: Dreamland (Bakı şəhəri)
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.